» » Peyğəmbər niyə gəlmişdi ?

 
 
P

Peyğəmbər niyə gəlmişdi ?

Yazar: Abdullah Tarih 18-12-2016, 01:08, Gösterim: 1090

0 Bismilləh!

- Bildiyiniz kimi, Quran tamam, əskiksiz, izah olunmuş olduqu və Rəsulallah’ın tək vəzifəsi yalnız çatdırmaq və yalnız Qurana tabe olduqu üçün sünni və şiə dini, onda peyğəmbər niyə gəlmişdi deyə sual verirlər. Çünki, bunlara görə peyğəmbərdə gərək hökm qoysun, yoxsa Allah bunlara yetmir, ona görə peyğəmbəri Allaha şərik qoşurlar. Çünki, bu müşrik adəti dəyişmir, daim belə olub ki, gələn elçi Allaha şərik qoşulub. Amma bir dəfə Qurana baxsalar görəllər həqiqəti...

Əslində isə, insanlar özləri Allahdan xəbərdar edən elçi istəyirdilər, amma elçi gələn kimi onu inkar edirdilər:

Fatir 42. Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə xəbərdar edən gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara xəbərdar edən gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.

gələn elçi onların nifrətini artırdı. Bilirsiz niyə ? Çünki, bunlar açıq-aydın, Allah tərəfindən açıqlanmış kitab istəmirlər, özləri açıqlamaq istəyirlər. Amma Allah tərəfindən açıqlanmış olduqu üçün onların nifrətini artırdı. İndiki rəvayətçilərdə elədir. Onlarda Quran'ın Allah'ın açıqladıqını eşidəndə nifrət edirlər buna, çünki onlar açıqlanmış kitab istəmirlər, özləri istədikləri kimi açıqlamaq istəyirdilər ona görə.

İsra 41. Biz bu Quranda (dinin ehkamlarını) izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin (bu) onların yalnız nifrətini artırır.

(Müşriklər) deyirdilər: “Əgər bizdə də əvvəlkilərdən xəbər olsaydı, biz mütləq Allah'ın xalis qulları olardıq”. Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər. (Saffat 167-170)

diqqət edin, bu ayədə də, insanların özləri elçi istəyirdilər, amma gələn kimi inkar etdilər deyir. Səbəb nədir bəs inkara ?

İsra 89. Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. Lakin insanların çoxu yalnız inkarı seçdi.

yenə səbəb Quranın açıq aydın olmasıdır. Onlar belə elçi istəmirdi çünki.

Və insanlar Allah’dan xəbərdar edən və yaxud kitab istəyəndə Allah’ın ayələrinə tabe olmaqı söz verirdilər, diqqət edin nağıllara, mollara, şeyxlərə yox Allah’ın ayələrinə tabe olmaqı söz verirdilər:

Ta ha 134. Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir elçi göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”

Qasas 47. Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir elçi göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsinlər deyə (səni göndərdik).

Insanlar Allah’dan xəbərdar edən, Allah’ın ayələrini çatdıran elçi istədikləri üçün Allah göndərmişdi, amma Allah’ın ayələrini çatdıran gələn kimi, ayələrə üz çevirdilər, çünki onlar elçini ilahlaşdırmaq istəyirdi.

Bu, Bizim endirdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və (Allah'dan) çəkinin ki, bəlkə sizə rəhm oluna. (Biz bunu ona görə nazil etdik ki, siz): “Kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) endirdirmişdir. Biz isə onların oxuduqlarından xəbərsizik”– deməyəsiniz və ya: “Əgər bizə Kitab endirilsəydi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allah'ın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq. (Ənam 155-156-157)

...Allah deyir, bu kitaba tabe olun, ayələrdən üz döndərmiyin və bunu özünüz istəyirdiniz Allah’dan... Və daha da maraqlısı, Allah’ın ayələrinə tabe olmaqı söz verən insanlara elçi və kitab gələn kimi ilk inkar edənlər elə özləri olurdular və oldular. Bütün ümmətlər onlara gələn kitabın inkar edəni ilk elə özləri oldular:

Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman edin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən çəkinin. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. (Bəqərə 41-42)

Ona görə Rəsulallah bu ümmətdən onun gətirdiyi mesajı tərk etdikləri üçün şikayətçi olacaq. Çünki, kita açıq-aydın, açıqlanmçış olduqu halda, Quranı tərk edib, başqa kitalara sarıldılar.

Furqan 30. Elçi: “Ey Rəbbim! Xalqım bu Quranı tərk etdi!”– deyəcək.

Peyğəmbər niyə gəlmişdi ?
Etiketler: Sunnət, İslam

Kategori: Peyğəmbər düşmənləri, İslamı qoruyanlar

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ