» » Peyğəmbərin ağacla danışması (!)

 
 
P

Peyğəmbərin ağacla danışması (!)

Yazar: Abdullah Tarih 19-01-2017, 02:25, Gösterim: 1014

0 Bismilləh!

- Bildiyiniz kimi, İsa’nı həddindən artıq şişirdib və sonunda insanlıqdan çıxarıb ilahllıq səviyyəsinə qaldıran xristianlar İsa üçün o qədər “möcüzə” uydurdular ki... O “möcüzələrdən” biridə İsa’nın ağacı qurutmasıdır:

18. Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. 19. Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. 20. Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər.

İncil "Matta" fəsil 21

İncil "mark" fəsil 11:12-14

...xristianlar İsa üçün ağacı qurutmaq möcüzəsi uydurduqu üçün, gəlin bizdə Muhəmməd üçün daha betərini uyduraq:


Ənəs ibn Malik rəvayət edir ki, Rəsulallah bir xurma ağacı kötüyünə söykənərək xutbə oxuyurdu ama sonra minbər düzəltdilər və minər üzərində xutbə verərrkən o ağac kötüyü dəvənin inləməsi kimi incədi. Peyğəmbər minbərdən enərək o ağac kötüyünü sığalaldı və kötüyün səsi kəsildi.

Səhih Buxari “mənaqib” bab 25 hədis 90-91-92

Sünən Tirmizi “Mənaqib” bab 6 hədis 3627

...İsa ağacı qurtuduqu üçün Muhəmməd üçündə ağac ağlayıb. Ağacla bağlı möcüzənin başqa versiyasıda var:

İbn Abbas rəvayət edir ki, bir bədəvi Rəsulallahın yanına gəldi və “Sənin peyğəmbər olduğunu necə bilə bilərəm ?” Rəsulallah: “Bu xurmanın salxımını çağırsam o mənim peyğəmbər olduğuma şahidlik edəcək dedi və çağırdı. Xurma salxımı ağacdan enib peyğəmbərin yanına gəlib dayandı. Sonra peyğəmbər “dön” dedi. Xurma salxımı da dönüb yerinə qayıtdı. Bədəvi də Müsəlman oldu.

Sünən Tirmizi “Mənaqib” bab 6 hədis 3628

... ağacla bağlı möcüzələrin başqa bir versiyasında isə deyilir ki,

Peyğəmbərin ağacla danışması (!)

Man ibn Abdurrahman rəvayət edir ki, Mən atam (Abdurrəhman ibn Abdullah)dan eşitdim ki, belə deyirdi: Mən Məsuka:
- Cinndən bir dəstə Quran dinləmək istədikləri gecə, Peyğəmbərə cinni kim bildirdi ? deyə soruşdum.
O:
- Mənə atam, yani Abdullah ibn Məsud: Cinnləri bir ağac bildirdi, deyə xəbər verdi, dedi.

Səhih Buxari “Ənsarın mənaqibləri” bab 31 hədis 79

…şiə dinində belə nağıllar var ki, onların imamları ağaclarla danışırdı:

6- (506) ... Əli b. Cəfər, Əbul-Həsən Musa (əleyhissalam) dan belə rəvayət etmişdir:
«Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) dedi ki:
«Allah Əzzə və Cəllə, bizi yaratdı və yaradılışımızın gözəl etdi. Bizə şəkil verdi və şəklimizi gözəl etdi. Bizi göylərinin və yerinin gözətçiləri etdi. Ağaclar bizimlə danışar və bizim vəsiləmizlə Allah azzə və cəlləyə qulluq təqdim edilir. Əgər biz nümunə olmasaydıq, Allaha səhih mənada bir qulluq təqdim oluna bilməzdi.»

əl kafi "höccət" bab 11 hədis 6-(506)

Yani, yarış... Amma yarış bunlada bitmir ki, əksinə gəlin betərin daha betəri prinsipinə əsaslanaraq, bu betərin daha betərini uyduraq. Rəvayətlərə görə bu möcüzənin daha betəri olaraq Muhəmməd cansız əşyalarla danışıbmış:

Rəsulallah dedi: “Mən Məkkə’də bir daş bilirəm. Peyğəmbər olaraq göndərilməzdən öncə mənə salam verirdi. Mən onu indi (də) çox yaxşı bilirəm.”

Səhih Muslim “fəzilətlər” bab 1 hədis 2277

Sünən Tirmizi "Mənaqib" bab 6 hədis 3628

...diqqət edin! Peyğəmbərin peyğəmbər olmasından sonrası üçün onsuz bir suru nağıl uydrudular, amma bunlada yetinməyərək hətta peyğəmbər olmazdan öncədə “möcüzələri” olubmuş və cansız əşyalarla danışıbmış. Bu daş əhvalatının eynisini Musa peyğəmbər üçündə uydurdular ki, daş Musa'nın paltarlarını götürüb qaçır və Musa sonra daşı döyübmüş:

Peyğəmbərin ağacla danışması (!)

Əbu Hüreyrə dedi: Rəsulullah belə buyurdu: "Musa çox həyalı, möhkəm örütünən biri idi. Özü həyalı olmaq istədiyi üçün dərisindən heç bir görülməzdi. Bu halından ötəri İsrail oğulları oan əziyyət verirdilər. Və:
— Musa bu qədər möhkəm örtünməyi ancaq dərisindəki bir nöqsandan ötəri etməkdədir: Onda ya baras deyilən dəri xəstəliyi yaxud husyelerdə şişməsi yaxud da bir afət vardır, dedilər.
Allah da onların Musa üçün söylədikləri qüsurlarının olmadığını ortaya çıxarmaq istədi. Musa bir gün tək başına çimmək üçün soyundu, paltarlarını bir daş üzərinə qoydu, sonra yuyundu. Yuyunması bitincə paltarlarını almaq üçün onların yanına getdi. Bu sırada daş, paltarlarla diyirlənib getdi. Musa da əsasını götürüb daşı tutmağa getdi və:
— Ey daş, paltarım; ey daş, paltarım! deyərək qaçmağa başladı. Nəhayət, İsrail oğulları'ndan bir dəstənin yanına qədər getdi.
Bu surətlə onlar Musa'nı çılpaq olaraq və Allah'ın yaratdığı ən gözəl surətdə gördülər. Beləcə Allah Musanı onların dediyi qusurlardan təmiz çıxartdı. Daş orada dayandı, Musa paltarını alıb geydi. Dərhal sonra Musa əsasıyla daşı döyməyə başladı. Vallah o daşda Musanın vurma izindən üç yaxu dörd yaxud beş yara izi qalmışdır, dedi.

Səhih Buxari "Ənbiya" bab 30 hədis 78

Səhih Müslim "Heyz" bab 18 hədis 339

...görün nə gözəl nağıldır! Daş Musa’nın paltarını göürüb qaçır və sonra Musa daşı döyür və daşda iz qalır. Yəqin, daş yaralanır... Bu daş nağılları bunlada bitmir, hətta daha betəri var ki, müsəlmanlarla yahudilər savaşacaq və yahudilər daşın arxasında gizlənəcək və bu zamana daşlar dilə gəlib arxasında yahudi gizləndiyini söyləcəkmiş...

Peyğəmbərin ağacla danışması (!)

Rəsulallah dedi: Siz müsəlmanlar (gələcəkdə) Yahudilərlə savaşacaqsız. Hətta onlardan bəziləri daşın arxasında gizlənəcək və daş dilə gəlib: “Ey Allahın qulu! Ax arxamdakı bir yahudidir, onu da öldür! deyəcəkdir.

Səhih Buxari “cihad” bab 93

Səhih Buxari “mənaqib” bab 25 hədis 98

...Pavlus İsa üçün ağac qurutdu şəklində uydurur, rəvayətçilər Muhəmməd üçün ondan betərini. Rəsulallah isə ƏSLA belə şeylər etmiyib və belə möcüzələri və.s olmayıb. Çünki, Rəsulallah'ın tək möcüzəsi yalnız və yalnız Quran idi (baxın: Rəsulallah'ın möcüzəsi)
Etiketler: Sunnət

Kategori: İncildən oğurlanan, Möcüzələr

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ