» » İsa peyğəmbərin ölüləri diriltməsi (!)

 
 
P

İsa peyğəmbərin ölüləri diriltməsi (!)

Yazar: Abdullah Tarih 19-01-2017, 03:04, Gösterim: 1911

0 Bismilləh!

- Bildiyiniz kimi, xristianların İsa üçün uydurduqu ən böyük “möcüzəsi” İsa’nın ölüləri dirilməsidir. Ona görə, onlar İsa’nı tanrı sayıllar. Bu haqqda İncil’də deyilir:

1. Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. 2. Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. 3. Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. 4. İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq». 5. İsa Martanı, onun bacısını və Lazarı sevirdi. 6. Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. 7. Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 8. Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» 9. İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 10. Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». 11. İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». 12. Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». 13. İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. 14. Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. 15. Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». 16. «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək». 17. İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. 18. Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. 19. Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. 20. Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. 21. Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 22. Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». 23. İsa ona «qardaşın diriləcək» dedi. 24. Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». 25. İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 26. yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» 27. Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». 28. Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». 29. Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 30. İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. 31. Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. 32. Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». 33. İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. 34. İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. 35. İsa ağladı. 36. Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. 37. Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?» 38. O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. 39. İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». 40. İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 41. Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 42. Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». 43. Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 44. Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi. 45. Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 46. Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.

İncil "Yuhənna" fəsil 11

...rəvayətçilərdə xristianların bu inancını mənimsəyiblər və hətta Qurana yansıdıblar ki, həqiqətən İsa ölü dirildibmiş. Həmin ayə Ali İmran 49 cu ayədir. Ayədə deyir:

Ali İmran 49. (Allah onu) İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) "Mən sizə Rəbbinizdən (elçi olduğumu təsdiqləyən) bir dəlil ilə gəldim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allah'ın izni ilə quş olar. Allah'ın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır.

…diqqət etsəz, bu ayədə “ölüləri dirildərəm” tərcümə olunur. Ona görə, xristianlarda Quran'dan “dəlil” gətirirlər ki, bax Quran'da da Məsih'in ölü diriltməyi qeyd edilib, demək ki o tanrıdır və rəvayətçilərdə bunu incələmədikləri üçün və bu ayənin mütəşabih ayə olduqu bilmədiyi üçün və Quran'dan anlayışları olmadıqı üçün, bunu belə qəbul ediblər. Əslində isə məsələ heçdə elə deyil.

1. Bu ayədən Quran'da iki dənədir. Bu ayənin ikincisi Maidə 110 cu ayədir. Həmin ayədə deyir:

Maidə 110. Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs (Allah’ın) ruhu/vəhyi ilə qüvvətləndirmişdim. Sən beşikdə ikən insanlarla danışırdın, yetkin çağında isə hikmətli kitab olan Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri çıxarırdın. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan inkarçı olanlar isə demişdilər: “Bu, yalnız açıq-aydın sehrdir”.

...bu ayədə isə “ölü diriltmək” yox, “ölüləri çıxarırdın” olaraq keçir. Bəs bu nə deməkdir ?

2. Quran'da “ölü” kəlməsi daim mütləq ölüm üçün yox, bəzən məcaz olaraq, yani mənəvi ölülər üçün keçir. Məsələn 2 ayədə deyir ki,

Sözsüz ki, sən nə ölülərə (haqqı) eşitdirə bilərsən, nə də üz çevirib gedən karlara çağırışı çatdıra bilərsən. (Nəml 80, Rum 52)

...bu ayələrdə ölü kəlməsi mütləq ölü üçün yox, mənəvi ölü üçün keçib. Deməki ki, İsa peyğəmbər üçün ayədə ölüləri mütləq ölü yox, mənəvi ölüləri diriltmək olaraq anlaya bilərik və doğrusuda budur elə və Quran'da doğrusunun bu olduqunu özü deyir:

Ənam 122. Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün işıq verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? İnkarçılara gördükləri işlər beləcə gözəlləşdirildi.

...gördüyünüz kimi, əslində ölü ikən diriltmək mütləq ölüm üçün yox, mənəvi ölüləri diriltməsi üçün keçir. Yani əslində orda ölüləri diriltmək, mənəvi ölüləri ordaya çıxarmaq, onları vəhylə diriltməkdir. Ona görə Ali İmran 49-da “ölüləri dirildirdin” və Maidə 110 ayəsində “ölüləri çıxarırdın” deyir.

3. Və əslində bütün elçilər mənəvi ölüləri diriltməyə gəlmişdi, bu təkcə İsa'ya xas xüsusiyyət deyildi:

Ənfal 24. Ey inananlar! (Elçi) sizi, həyat verəcək (dirildəcək) şeylərə çağırdığı zaman Allaha və Elçisinə cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz Onun hüzuruna toplanılacaqsınız.

...gördüyünüz kimi, bütün elçilər əslində ölüləri diriltməyə gəlmişdi, amma mənəvi ölüləri diirltməyə gəlmişdi. Necəki ölü insan ruhla dirilirsə, eləcə də mənəvi ölü insanda ruhla (vəhylə) dirilməlidir və vəhyin özüdə bir ruhdur:

Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istəyəni doğru yola yönəltmək üçün, bir işıq etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən – göylərdə və yerdəkilərin sahibi Allah'ın yoluna. Bilin ki, bütün işlər Allaha qayıdır. (Şura 52-53)

4. Ayədə “ölüləri dirildərəm” sözünü həqiqi ölü diriltmək olaraq qəbul etmək, Quran'ın ruhuna ziddir və Quran ayələrində ziddiyyət yaranır. İndi siz xristianlara bu iki ayəni oxsaz necə olar ?

Rum 40. Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allah'dır. Şərikləriniz içərisində bunlardan, (heç olmazsa,) birini edə bilən varmı? O, (şərik qoşanların) şərik qoşduqlarından uzaqdır və ucadır.

Furqan 3. (İnkarçılar) isə O'nun ardından heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir fayda verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər.

...bu ayələri diqqətli oxuyun ki, müşriklərin Allaha şərik qoşduqları ayədə ölü dirildən tanrılarından bəhs edir. İndi siz xristiana “sizin ölüləri dirildən tanrınız var ?” desəz, onlarda bəli deyəcək. Çünki, İsa onlar üçün tanrıdır və ölü diirldirdi. Onda Rum 40 və Furqan 3 ayəsinin heç bir mənası olmaz. Ona görə, İsa üçün uyudurulmuş “ölü diriltmə” nağıldan başqa bir şey deyil. Bu “möcüzələr” sadəcə peyğəmbərləri yarışdırmaq və ilahlaşdırmaq üçün uydurulmuşdur və bunun qorunması üçün ayələr çarpıdılmışdır.

İsa peyğəmbərin ölüləri diriltməsi (!)
Etiketler: Təhrif, Əhli Beyt

Kategori: İncildən oğurlanan, Möcüzələr

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ