» » Yemək yeməyən peyğəmbərlər!

 
 
P

Yemək yeməyən peyğəmbərlər!

Yazar: Abdullah Tarih 24-01-2017, 18:35, Gösterim: 1329

0 Bismilləh!

- Bildiyiniz kimi, hər ümmət onlara gələn elçini ilahlaşdırdı və elçinin vəfatından sonra onun üçün kəramətlər, möcüzələr uydurdu. Bu bütün ümmətlərdə var və bu müşriklərin əsas xüsusiyyətlərindəndir. Elçilər barəsində uydrlmuş nağıllardan biridə elçilərin yemək yeməməsi idi. Yahudilər Musa üçün uydurdu:

Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim.

Tövrat “qanunun təkrarı” fəsil 9:9

Yahudilələrə görə Musa qırx gün-qırx gecə yemək yemiyib. Bu nağılı xristianlarda uydurdular. Xristianlara görə İsa İblis tərəfindən sınaqa çəkilərkən 40 gün 40 gecə oruc tuub, yemək yemiyib:

İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı.

İncil "Matta" fəsil 4:2

...maraqlıdır ki, eyni nağıl Muhəmməd peyğəmbər üçündə uydurulub:

....... Əbu Hureyrə (R) belə demişdir: Rasuluİlah (s) orucda bir-birinə əlavə etməkdən nehy etmişti. Müsəlmanlardan bir kimsə Rəsulullaha xitab olaraq:
- Ya Rəsulullah! Sən bir günün orucunu, o biri günün orucuna
qatırsan! dedi.
Bunun üzərinə Rasuluİlah:
- "Sizin hansınız mənim kimidir? Mən, Rəbbim məni doyurar və içirdər bir halda gecəliyirəm" buyurdu.
Lakin səhabələr bir günün orucunu digər günün orucuna əlavə etməkdən imtina etməkdən (yenə) çəkindiklərini, Rasûluİlah oruclarını bir gün, sonra bir gün daha (arxa arxaya iki gün) bir-birinə qatdı. Sonra (üçüncü günü) ayı gördülər. Bunun üzərinə Rasuluİlah orucu bir-birinə əlavə etməkdən imtina emək istəməyənləri cəzalandırma edər kimi:
- "Əgər hilal (bir ay) geri qalsaydı, əlavə sizin üçün (bir i'tibâr olsun deyə) o qədər artırırdım" buyurdu.

Səhih Buxari “oruc” bab 47, 48, 49

Səhih Buxari “təmənni” bab 9 hədis 17

Sünən Tirmizi “oruc” bab 62 hədis 778

Sünən Əbu Davud “oruc” bab 29 hədis 274

...Quran müşriklərin etirazlarından bəhs edərkən, müşrikərin etirazlarından biridə elçilərin yemək yeməsi idi, yani müşriklərə görə elçi yemək yeməyən olmalı idi:

Furqan 7. Onlar dedilər: “(Bu) necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk endirilmədi?

Xalqının inkarçı olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız. (Muminun 33-34)

...və Quran İsa üçündə deyir ki:

Maidə 75. Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə (Allaha) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bildiririk, sonra da gör onlar (haqdan) necə döndərilirlər.

Furqan 20. Səndən öncəki elçilərimiz də, yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbr edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir.

Ənbiya 8. Biz onları (rəsulları) yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər.

…müşriklər nəyə etiraz edirsə, Rəsulallah’dan sonra müşriklərin etiqatlarına sahib olunub. onlar yemək yeməyən elçi istəyirdi, ona görə də, sünni və şiə dini də Rəsulallah’dan sonra Onun haqqında uydurdular ki, O, yemək yemədən belə yaşayırdı və Allah onu yedirdib içirdirdi. Allah müşriklərin bu etirazlarına boş yerə bildirmir, bunu ona görə bildirir ki, bu Muhəmməd haqqında uydurulacaq və bu daim müşriklərin adətidir.

Yemək yeməyən peyğəmbərlər!
Etiketler: Əhli Beyt

Kategori: İncildən oğurlanan, Tövratdan oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ