» » Necə öləcəyini bilmək!

 
 
P

Necə öləcəyini bilmək!

Yazar: Abdullah Tarih 3-02-2017, 00:49, Gösterim: 1450

0 Bismilləh!

- Bildiyiniz kimi, xristianlar İsa’nı ilahlaşdırıqı üçün İsa’nın gələcəyi bildiyini və İsa’nın necə və harda öləcəyini də bildiyini deyirdi:

Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir.

İncil "Matta" fəsil 16:21

İncil "matta" fəsil 17:22-23

İncil "matta" fəsil 20:17-19

İncil "matta" fəsil 26:1-2

İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim.

İncil "Yuhənna" fəsil 12:27

…Xristianlar İsa’nın qurban olduquna inanır, eləcədə şiə dini imamlarının necə öləcəyini bildiyini deyir. Yani, onlarda xristianların İsa üçün uydurdulanı kopyaladılar və əl kafidə, höccət kitabında “47. İMAMLAR NƏ ZAMAN ÖLƏCƏKLƏRİNİ BİLİRLƏR VƏ ÖZ İSTƏKLƏRİ İLƏ ÖLÜRLƏR BABI” adlı bab var… bu babın içində imamların öz ölümlərini bildiklərini yazırlar xristianlar kimi:

Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam) buyurdu ki: «Bir imam, başına nələrin gələcəyini və sonunun hara çatacağını bilmirsə, o, Allahın qulları üzərindəki höccəti deyil.»

əl kafi "höccət" bab 47 hədis 1 (665)

Digər bir rəvayətdə deyilir:

Həsən b. Cəhm belə rəvayət etmişdir:
İmam Rza (Əli b. Musa əleyhissalam)'a dedim ki: "Əmərul muminin (Əli əleyhissalam), kim tərəfindən və hansı gecə və harada öldürüləcəyini bilirdi. Ayrıca qazların evdə səslərini eşidincə:
«Bu səsləri, matəm inləmələri izləyəcək ...» demişdi.
Sonra Ümmü Gülsüm: "Bu gecə namazı evdə qılsan və insanlara namaz qıldırmasını başqasına əmr etsen olmazmı?" demişdi; amma o, bunu rədd etmiş və gecə boyunca tez-tez silahsız olaraq çölə çıxıb gəlmişdi. Halbuki o, İbn Mülcəm'in –Allah’ın lənəti üzərinə olsun- özünü qılıncla öldürəcəyini də bilirdi.
Görəsən bu davranış, işlənməsi caiz olmayan hərəkətlər əhatəsinə girməz mi?
Buyurdu ki: «Dediyin doğrudur; ancaq o, o gecə yaşamaq ilə Allaha qovuşmaq arasında sərbəst buraxıldı. Əli (əleyhissalam)'da Allah Azzə və Cəllənin onunla əlaqədar təqdiridir cərəyan etməsini seçim etdi.»

əl kafi “höccət” bab 47 hədis 4-(668)

Başqa bir rəvayətdə deyir:

Əbu Bəsir rəvayət edir ki: Əbu Abdullah (Cəfəri Sadiq əleyhissalam)’a dedim: Öləcəklərini və başına gələcək müsibətləri bildikləri halda, Əli (əleyhissalam) bunları necə yaşamışdır ? Daha da hirslənərək mənə bu cavabı verdi: Özlərindən başqa kimdən faydalanacaqlar ? Dedim: Başımıza gələcək olanları bizə deməyinə mane olan nədir ? Buyurdu: Bu, bağlanmış bir kitabdır. Yalnız Hüseyn b. Əli (əleyhissalam) bu qapını bir az aralamışdır.
Sonra, “Ey Əbu Muhəmməd! Onlarin ağızlarında yüyənləri vardır” söylədi.

əl kafi “höccət” bab 51 hədis 2 -(686)

… Diqqət edin! Hüseyn istisna. Niyə Hüseyn istisna ? Cavab bəllidir, nağılları qorumaq üçün. Amma Rəsulallah qeybi bilmirdi, bunlar hardan bildi ?

Ənam 50. De: “Mən sizə demirəm ki, Allah'ın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”

Hud 31. Mən sizə demirəm ki, Allah'ın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.

Əraf 188. De: “Mən, Allah'ın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman edən bir toplum üçün xəbərdar edən və müjdələyənəm”.

Və üstəlik Quran: “… heç kəs harada öləcəyini də bilməz.” (Loğman 34) deyir. Bəs bunlar hardan bildi ? Bu ayə bunlara aid deyil ? bunlar insan deyil ? Amma Hüseyni istisna edərək, onu insanlıqdan çıxardılar.

Necə öləcəyini bilmək!
Etiketler: Sunnət, Əhli Beyt

Kategori: İncildən oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ