» » Peyğəmbərin ölümlərini öncədən xəbər verdiyi şəxslər...

 
 
P

Peyğəmbərin ölümlərini öncədən xəbər verdiyi şəxslər...

Yazar: Abdullah Tarih 6-02-2017, 17:49, Gösterim: 1421

0 Bismilləh!

- Bildiyiniz kimi, xristianlıqı yaradan Pavlus insanları “məsihi” etmək üçün dedi ki, Allah İsa’nın ölümünü bütün peyğəmbərlərə xəbər verib:

4. Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. 5. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. 6. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. 7. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı.

Tövrat "Yeşeya peyğəmbərin kitabı" fəsil 53

…Xristianlara görə bu İsa peyğəmbərdir və onun qurban olmaqı öncədən xəbər verilib. Və ona görə İncilə onun eynisini yazdılar:

Ertәsi gün Yәhya İsanın ona tәrәf gәldiyini görüb dedi: "Dünyanın günahını aradan götürәn Allah Quzusu budur!

İncil "Yuhənna" fəsil 1:29

Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi.

İncil "1 korinflilərə" fəsil 5:7

...bu nağıllara nisbət olaraq rəvayətçilərdə peyğəmbər üçün eyni nağıllar uydurdular ki, guya peyğəmbər ölümləri, cənnətlikləri öncədən xəbər veribmiş. Məsələn, sünni dinində “cənnətlə müjdələnmiş on nəfər” adlı nağıl var. Sünni dininin inancına görə Rəsulallah bəzi səhabələri cənnətlə müjdələyib, şiə dininə görə ayrı səhabələri cənnətlə müjdələyib:

Rəsulallah dedi: Əbu Bəkr cənnətlikdir, Ömər cənnətlikdir, Osman cənnətlikdir, Əli cənnətlikdir, Talha cənnətlikdir, Zübeyr cənnətlikdir, Əbdürəhman cənnətlikdir, Sad ibn əbu vəqqas cənnətlikdir, Said ibn zeyd cənnətlikdir, əbu ubeydə ibn cərrah cənnətlikdir.

قال الشيخ الألباني : صحيح
Şeyx əl-Əlbani dedi: səhih

Sunən Tirmizi “Mənaqib” bab 26 hədis 3747

Sunən Tirmizi “Mənaqib” bab 26 hədis 3748

Sunən Əbu Davud “sünnət” bab 8 hədis 4648

Sunən Əbu Davud "sünnət" bab 8 hədis 4649

Əbu Musa əI-Əşari rəvayət edir ki: Peyğəmbər bir bustana girdi və mənə, qapını gözləyib qorumamı əmr etdi. Bir az sonra bir adam gəldi və peyğəmbər yanına girmək üçün izin istədi. Mən bu istəyi Peyğəmbərə xatırlatdım. Peyğəmbər:
- "Ona girməyə icazə ver və onu cənnətlə müjdələ!" buyurdu. Bu gələn Əbu Bəkr idi. Sonra Ömər gəldi. Peyğəmbər:
- "Ona da icazə ver və onu da cənnətlə müjdələ!" buyurdu. Sonra Osman gəldi. Peyğəmbər:
- "Ona da icazə ver və onu da cənnətlə müjdələ!" buyurdu.

Səhih Buxari “Ahbar” 3 hədis 15

Sünən Tirmizi “Mənaqib” bab 19 hədis 3710

...ardınca uydurdular ki, peyğəmbər ölümləri öncədən xəbər veribmiş. Məsələn, Əmmar’ın ölümünü xəbər veribmiş...

...... İkrimə belə demişdir: (Bir gün) ibn Abbas mənə və oğlu Əlinin: Əbu Səiddə gedin də onun rəvayət etdiyi hədislərdən də bir miqdarını eşidin, dedi. Bunun üzərinə biz ikimiz Əbu Səidin yanma getdik. Onu, özünə aid bir bağçanı timar edərkən gördük. Tez paltarını alıb büründü. Sonra bizə hədis danışmağa başladı. Nəhayət məscidin tikilişi xatırlandı. Burada belə dedi: Biz bir kərpic bir kərpic daşıyırdıq. Ammar isə iki kərpic iki kərpic daşıyırdı. Peyğəmbər (S) onu (elə) görüncə üzərindəki torpağı silkələyərək: "Vah Ammar! Vah Ammar! Onu azğın bir camaat öldürəcək. Ammar onları cənnətə dəvət edər, onlar isə onu cəhənnəmə çağırırlar" deməyə başladı. Əbu Səid deyir ki: Ammar (bunu eşidincə): Fitnələrdən Allaha sığınıram, deyərdi.

Səhih Buxari "namaz" bab 63 hədis 93

... digər bir rəvayətə görə Osman’ın ölümünü xəbər verib:

İbn Ömər (r.a)’dan rəvayətə görə, belə demişdir: Rəsulallah (s.a.v), bir ftnədən bəhs etdi və belə buyurdu: “Osman b. Əfvan, o fitnədə məzlum olaraq öldürüləcəkdir.”

قال الشيخ الألباني : حسن الإسناد
Şeyx əl-Əlbani dedi: isnad həsən

Sünən Tirmizi “mənaqib” bab 19 hədis 3708

… Şiə dinidə buna nisbət olaraq peyğəmbərin İmam Hüseyn’in ölümün öncədən xəbər verdiyini və hətta bütün peyğəmbərlərə deyildiyini uydurdular:

3- (1255) ... Əbu Xədicə, Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam)’dan belə rəvayət etmişdir:
«Fatimə (səlamullahi əleyhə) Hüseyn (əleyhissalam)'a hamilə qalınca, Cəbrayıl Rəsulullah (sallallahu əleyhi və alihi)'ə gəldi və dedi ki:
"Fatimə bir oğul doğacaq və sənin ümmətin səndən sonra onu öldürəcək." Buna görə Fatimə, Hüseynə hamilə qaldığında bundan məmnun olmadı, doğurduğunda da məmnun olmadı.
Sonra Əbu Abdullah (əleyhissalam) belə dedi: «Dünyada bir ananın kişi uşağı doğurduğuna sevinmədiyi görünməmişdir. Ancaq Fatimə onu doğurduğuna sevinmədi, çünki öldürüləcəyini bilirdi. Bu ayə də bu hadisə ilə əlaqədar olaraq enmişdir. "Biz insana ata-anasına yaxşılıq etməsini tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Daşınma ilə süddən kəsilmə müddəti otuz ay çəkir." (Əhqaf, 15)»

4- (1256) ... Məhəmməd b. Amr əz-Zeyyat, dostlarımızın birindən, o da Əbu Abdullah (Cəfər Sadiq əleyhissalam)’dan belə rəvayət etmişdir:
«Cəbrayıl (əleyhissalam) Məhəmməd (sallallahu əleyhi və alihi)'yə indi və ona dedi ki:" Ya Məhəmməd! Allah sənə, Fatimə'nin doğuracağı və səndən sonra ümmətinin öldürəcəyi bir kişi uşaq müjdələyir"
Dedi ki: «Ey Cəbrayıl! Rəbbimə salam söylə, mənim, Fatimənin doğuracağı və məndən sonra ümmətim tərəfindən öldürüləcək olan bir oğlan uşağına ehtiyacım yoxdur. »Cəbrail göyə yüksəldi, sonra təkrar indi və əvvəlki sözlərini təkrarladı.
Peyğəmbərimiz dedi ki: «Ey Cəbrayıl! Rəbbimə salam olsun, mənim, məndən sonra ümmətim tərəfindən öldürüləcək bir oğula ehtiyacım yoxdur. »
Cəbrayıl göyə yüksəldi, təkrar indi və dedi ki: "Ya Məhəmmədi Rəbbin sənə salam söyləyir və imamlıq, vəlayət və vasilik missiyasını sənin nəslinə verdiyini müjdələyir."
Peyğəmbərimiz: «İndi razı oldum.» Dedi.
Sonra Fatimə (səlamullahi əleyhə)'yə «Allah mənə sənin doğuracağı və məndən sonra ümmətimin öldürəcəyi bir kişi uşağını müjdələdi.» Deyə xəbər göndərdi.
Fatimə: "Mənim doğa və səndən sonra ümmətin tərəfindən öldürüləcək olan bir kişi uşağına ehtiyacım yoxdur." deyə cavab göndərdi.
Peyğəmbərimiz ona təkrar xəbər göndərdi ki: «Allah imamlığı, vəlayəti və vasiliği mənim zürriyətimə bəxş etdi.»
Bunun üzərinə Fatimə bu cavabı göndərdi: "İndi razı oldum."
"Onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Daşınma ilə süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət insan kamillik həddinə yetişib qırx yaşına çatanda deyər ki:" Ey Rəbbim! Mənə və ana atama verdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı əməl etmək təmin et. Mənim üçün də, nəslimi də yaxşılığı davam etdir. "(Əhqaf, 15) Əgər "nəslimi də yaxşılığı davam etdir." Deməsəydi, nəslimi hamısı imam olurdu.
Hüseyn (əleyhissalam), nə Fatimə (səlamullahi əleyhə)'nın, nə də başqa bir qadının südünü əmmiş deyil. Rəsulullah (sallallahu əleyhi və alihi)'nın yanına gətirilir və o, baş barmağını ağızına qoyar və o da özü üç gün boyunca tox tutacaq qədər əmərdi. Beləcə Hüseynin əti peyğəmbərimizin ətindən və qanı da Peyğəmbərin qanından bəslənərək inkişaf etdi. Məryəm oğlu İsa (əleyhissalam)'dan və Hüseyn b. Əli (əleyhissalam)’dan başqa ana bətnində altı ay qalıb doğan kimsə yoxdur.»
Əbul-Həsən ər-Rzaya dayandırılan digər bir rəvayətdə isə belə deyilir: «Hüseyn Peyğəmbərimizin yanına gətirilir, o da dilini ağzına qoyar, Hüseyn, Peyğəmbərimizin dilini udur, doyduğu üçün də artıq heç bir qadının südünü emmezdi.»

əl kafi “höccət” bab 116 hədis 3-4

...bu hekayədə başqdan ayaqa Rəsulallaha və Allaha iftiradır. Çünki, burda göstərilr ki, sanki Allah qərar verir ki, Hüseyn’in canını alacam, amma Muhəmməd və Fatimə etiraz edir. Bu isə heç bir şəkildə Allaha yaraşan sifət deyil. Allah əsla nə kimsəylə məsləhətləşmir, nə də heç kəs onun qərarını dəyişə bilməz, nə də Allah kiminsə sifarişi ilə iş görmür, nə də Allah hər hansı qərarını bəndəsinə qəbul elətdirmək üçün onun nazı ilə oynayıb “şirinlik” etmir. Bu nağılın digər iftirası da, Rəsulallah’ın barmaqını və ya dilini Hüseyn’in ağzına salıb onu əmizdirməsidir. Bu sadəcə gülünc bir nağıldır...

Gələk rəvayətin mövzumuza aid hissəsinə... Deməli, bu nağıllara görə Rəsulallah səhabələrin və İmam Hüseynin ölümünü öncədən xəbər verib.

1. Peyğəmbər qeybi bilmədiyinə görə bu yalandır.

Ənam 50. De: “Mən sizə demirəm ki, Allah'ın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”

Hud 31. Mən sizə demirəm ki, Allah'ın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcəkdir. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.

2. Peyğəmbər özü deyir ki, heç kimin başına gələcəkləri bilmirəm:

Əhqaf 9. De: “Mən Elçilərdən birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”

...Rəsulallah özü deyr ki “Mənə və sizə nə üz verəcəyini də bilmirəm”. Belə olan halda, necə bildiki Hüseyn və digər səhabələr necə öləcək ? Demək ki, bilmirdi, bu hekayələr isə sadəcə Rəsulallaha atılmış iftiradır. Əgər kimsə bəs onda necə olduki, rəvayətdə deyilən kimi baş verdi ? deyə soruşsa, cavab olaraq deyim ki, bu rəvayətlər bu hadisələr baş verəndən 200 il sonra yazılıb. Yani hər şey olub-bitib və 200 il sonra yazılıb. Yani, hadisədən sonra uydurublar bunu. Yani, istəsəz siz indi deyin ki, mənim babamın babasının babası demişdi ki, 1939-1945 ci illərdə 2 ci dünya müharibəsi olacaq. Yani deyə bilərsiz, amma havaxt ? Hadisənin üstündən ən azı 70 il keçib. Yani, istəsəz sizin babanızın babasının qeybi bildiyinidə bu yolla isbat edə bilərsəz. Rəvayətlərdə elə uydurulub. Yani hadisələr baş verib, üzərindən 200 il keçib, sonra uydurulub.

3. Diqqət edin, bu xəbər verilən ölüm hadisələri hamısı faciəvi ölümlərdir. Amma Rəsulallah deyirki:

Əraf 188. De: “Mən, Allah'ın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman edən bir toplum üçün xəbərdar edən və müjdələyənəm”.

...Rəsulallah deyir ki, qeybi bilsəydim özümə xeyir artırardım və mənə pislik toxunmazdı. Bu ölüm hadisələrində isə, hamısına pislik toxunub, Rəsulallah’ın öz həyatında da daim təhlükələrlə üz-üzə qalıb, Uhud döyüşündə dişi qırılıb deyillər, yaralar alıb deyillər, Məkkədən Mədinəyə hicrət edib və.s... Rəsulallah qeybi bilsəydi, niyə bunlar başına gəlirdi ki, niyə ona bu qədər pislik toxunurduki ? Niyə ölümü xəbər verildiyi iddia edilən insanlara o qədər pislik toxunduki ? Demək ki, yalandır bu rəvayətlər. Rəsulallah özü deyir ki, qeybi bilsəydim pislik toxunmazdı, amma bu insanların ölümləri hamısı ona edilən pisilk nəticəsində baş verib.

…Şiə dini də bunu ona görə uydurdu ki, necəki xristianlar İsa haqqında uydurduqları nağıllarla insanları xristian etmək istəyirsə, eləcədə şiə dini Əhli-beyt üçün uydurduqu nağıllarla insanları aldadır.

Peyğəmbərin ölümlərini öncədən xəbər verdiyi şəxslər...
Etiketler: Əhli Beyt, Sunnət

Kategori: İncildən oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ