» » Alın yazısı varmı ?

 
 
P

Alın yazısı varmı ?

Yazar: Abdullah Tarih 20-02-2017, 22:31, Gösterim: 1749

1 Bismilləh!

- Qədər nədir ? Qədər sözünün mənası “ölçü” deməkdir, yani ölçülü və planlı iş görmək, bir varlığı ölçülü və planlı düzəltmək, yaratmaq, meydana gətirmək... bizim dilimizdə olan “miqdar” sözüdə burdandır, yani ölçü...

Allah bütün varlıqları ölçülü və planlı yaradıb və kainatda bütün qanunlar ölçülü və planlıdır. Və Quran'da da “innəllahə ələ kulli şəyin qadir” ayələrinin mənası “Allah hər şeyə ölçü qoyandır” deməkdir, yani kainatda gördüyün-görmədiyin hər şey ölçülüdür və hər şey planlı yaradılıb:

Furqan 2. Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri yaratmış və onlara münasib bir biçim vermişdir.

Qamər 49. Biz, həqiqətən də, hər şeyi bir ölçü ilə yaratdıq.

Qədər nə deyildir ? qədər; alın yazısı, iradəsiz olmaq deyil. Məsələn, paltaryuyan maşın, televizor, kamputer, binalar, avtamabillər, təyyarələr, körpülər və.s şeylər hamısı ölçülü və planlı düzəldilmişdir. Məsələn, soyuducu bilinən bir ölçü və plana (qədər) görə düzəldilib, ancaq soyuducunun necə istifadə ediləcəyi insanın öz seçimidir. Avtamabil bilinən bir ölçü və plana (qədər) görə düzəldilmişdir, ancaq avtamaili hansı məqsəd, harada, necə istifadə olunması insanın öz seçimidir.
Prospektüsündə (istifadə qaydaları) kamputerin, paltaryuyan maşının, avtamabilin, təyyarənin hansı yanacaq istifadə etdiyini, həcmi, ömrünün hansı şəraitdə neçə il olduqu, istifadədə nələrə diqqət edilməsi lazım olduqu yazılır. Burda avtamabil, təyyarə, soyucu və.s canlı və cansız bütün varlıqlardır, prospektüs isə ilahı kitabdır. Kimsə prospektüsü (istifadə qaydalarını, ilahi kitabı) heç oxumaya bilər, kimisi başdan soyudu oxuya bilər, kimisi ehtiyyac olunca incəliyər, kimisə lazımınca incəliyər. Və onu incəliyənlərdə kimisi ordakı xəbərdarları ciddiyə alar, kimisidə ciddiyə almaz. Ciddiyə almayanlar soyuducunun və.s digər şeylərin özlərində və ətrafında neqavit siqnallar eşidir və bu zaman servis xidməti ilə əlaqə saxlayar və firmanı günahkar sayır.... Yani, soyuducunu düzəldən iradə ilə xarab olan yeməklərin, mevə və tərəvəzlərin xarab olmasınada səbəb eyni iradə olduqu düşünülmüşdür. Halbuki, hər insan tərəfindən bilinən bir həqiqət var ki, heç bir soyuducu firması gəlib soyuducunuzu yeməklə doldurmaz, heç bir paltaryuyan maşın firması gəli sizin paltarlarınızı yumaz və onlar sizin başınıza gələndən məsul deyillər və məsul tutula bilməzlər. Yani, sizə necə istifadə etmək barədə məsləhət verə bilərlər, amma heç bir firma düzəltdiyi və satdıqı məhsulun hansı məqsədlə istifadə edilməsinə qarışmaz.

Allah insanın sağlam, hüzürlü, sülh, barış, xoşbəxt yaşaması üçün ona məsləhətlər verir. Bu qaydaları Özü müəyyən edib, amma bu şəxslər bunu edəcək, bu şəxslər bunu edəcək deyə öncədən yazılmış həyat yoxdur. Əgər Allah insanın həyatını öncədən yazsaydı, insanın məsul olduqu, seçim haqqı olmaqından, sorğu-sual edilməsindən söhbət gedə bilməz.

...Xristianlıqı yaradan Pavlus paqan olduqundan “alın yazısı” inancında olan biri idi və insanlarada elə təlqin edirdi. Yani, Allah bir senaryo yazıb, bizdə o senaryonu oynayırıq. Ona görə də Pavlus insanlara hər hakimə tabe olmaqı qanun etdi, çünki Pavlusa görə hər kəsi Allah seçib:

1. Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub. 2. Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.

İncil "Romalılara məktub" fəsil 13

...Pavlus'un bu inancı ümumi müşrik inancıdır və məkkə müşrikləridə “alın yazısına” inanırdılar və buna “tayr” deyirdilər. Allah isə, onlara cavab verərək deyirki:

İsra 13. Biz hər bir insanın əməlini (tair) öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.

...Allah məkkə müşriklərinə cavab verərək deyir ki, xeyr sizin dediyiniz kimi deyil, əksinə, hər kəsin əməli onun özündən asılıdır və Qiyamət günü onu oxuyacaq və bunu Quranda dəfələrlə bildirir:

İnsan üçün ancaq öz səyi qalar. Əlbəttə, onun səyi yaxında görüləcəkdir. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!” (Nəcm 39-41)

Ta ha 15. Həmin Saat hökmən gələcək! Hər kəsə səyinin əvəzi verilsin deyə, Mən onu az qala gizlədirəm.

Müdəssir 38. Hər bir kəs qazandığının girovuna çevrilir,

…Allah'ın müşriklərə cavab verməyinə və əlavə bu qədər ayəyə baxmayaraq bu inanc sünni dininə də keçərək, onlarda “alın yazısı” inancına sahib oldular ki, Allah yazıb bizdə yaşayırıq:

Əbu Hureyrə dedi ki: Peyğəmbər (S) belə buyurmuşdur: "Adəm ilə Musa bir-birlərinə qarşı hüccət (dəlil) gətirib mübahisə etdilər. Musa, Adəmə:
- Ey Adəm! Sən bizim atamız idin. Sən bizi cənnətdən çıxardığın üçün, bizləri məhrumiyyət və zərərə düşürtdün! dedi,
Adəm də ona:
- Ey Musa! Sən, Allahın kəlamı ilə seçib görkəmli qıldığı və lehinə əliylə yazıb cızdıqı Musasan. Belə ikən sən, Allahın məni yaratmasından qırx il əvvəl üzərimə təqdir buyurduğu bir işdən ötəri məni qınayırsan? dedi ".
Bunu üzərinə Peyğəmbər: "Beləcə Adəm, Musaya dəlil və bürhan ilə qalibi oldu. Adəm Musaya dəlil və burhanla qalibi oldu" cümləsini üç kərə söylədi.

Səhih Buxari “Qədər” bab 10 hədis 20

Səhih Buxari “ənbiya” bab 33 hədis 83

Səhih Buxari “təfsir” bab 207 hədis 257

Səhih Buxari “təfsir” bab 209 hədis 259

Səhih Buxari “tövhid” bab 38 hədis 141

Sünən Əbu Davud “Sünnət” bab 16 hədis 4701

Sünən Tirmizi “qədər” bab 2 hədis 2134

...sünni dininə görə, Adəm onun üçün yazıldıqı senaryonu oynayıb və azıb, bunun Adəm’lə əlaqəsi yoxdur. Ona görə bizim başımıza gələnləri hamısını Allah öncədən yazıb və biz yaşayırıq sadəcə... Və nəki Adəm, bizim də hər birimizədə yazılmış senaryonu oynayırıqmışıq:

Rəsulullah dedi: "Sizdən hərbirinizin yaradılışı, ana və ata maddələri anasının bətnində qırx gün və qırx gecə toplanır. Sonra o maddələr o qədər zaman içində qatı bir qan laxtası halını alır. Sonra yenə o qədər zaman içində mudğâya, yəni bir parça ətə çevrilər. Sonra ona bir mələk göndərilir və ona dörd kəlamı yazmasına icazə verilir. Mələk də (əzəldə təqdir olunan müqəddər hökmlərdən), onun ruzisini, əcəlini, işini, şakî (bədbəxt) və satd (xoşbəxt) olduğunu yazır. Sonra ona ruh üfürür. Sizdən bəziniz özü ilə cənnət arasında ancaq bir zira məsafə olana qədər cənnət əhlinin əməli ilə əməl edər. Sonunda (mələyin ana qarınında yazdığı) yazı onun önünə keçər də bunun üzərinə o adam cəhənnəm əhlinin əməli ilə iş edər və cəhənnəmə girər. Yenə sizdən biriniz özüylə cəhənnəm arasında bir zira məsafə olana qədər həmişə cəhənnəm əhlinin işini işlər, sonunda (mələyin ana qarınında yazdığı) yazısı onun önünə keçər də artıq cənnət əhlinin işini edər və cənnətə girər."

Səhih Buxari “Tövhid” bab 28 hədis 80

Sünən Əbu Davud “sünnət” bab 16 hədis 4708

Sünən Əbu Davud “qədər” bab 4 hədis 2137

Sünən Tirmizi “qədər” bab 4 2137

...Və Pavlus kimi sünni dinində hakimlərin Allah’ın seçdiyinə inanır:

5 -....... İbn Abbas dedi: Peyğəmbər belə buyurmuşdur: "Hər kim əmirinin xoşagəlməz bir hərəkətini görsə, səbr etsin (üsyankar vəziyyət almasın). Çünki hər kim sultandan (yəni ona itaətdən) bir qarış çölə çıxarsa, o, cahiliyyət ölümü ilə ölür."
6 -....... İbn Abbas dedi: Peyğəmbər belə buyurmuşdur: "Hər kim əmirindən xoşlanmayacağı bir şeyin meydana gəldiyini görsə, onun çətinliyinə səbr etsin (üsyan etməsin). Çünki hər kim (İslam) ictimaiyyətində bir qarış ayrılırsa ölsə şübhəsiz o, cahiliyyət ölümü ilə ölür."

Səhih Buxari "Fitnə" bab 2 hədis 5-6

Səhih Buxari “hökmlər” bab 4 hədis 7-8

...Pavlus'un, məkkə müşriklərinin və sünni dininin bu inancı sadəcə və sadəcə İblisin inancıdır, İslam’la əlaqəsi yoxdur. Çünki İblisdə Allaha “sən məni yoldan çıxartdın” deyir və sünni dinidə Allaha eyni bötanı atır:

Əraf 16. (İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin doğru yolunun üstündə oturub (insanları) tovlayacağam.

Hicr 39. (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.

...eyni İblisin dediyini Allaha deyirlər, ona görə İblis kimi Allah’ın yolunun üstündə oturub insanları Allah’ın kitabından döndərirlər.

İblisin inancına sahib olan sünni dini, bunun üçün Quran’da ayələri çarpıtmaqa çalışdı. O ayələrə baxaq görək əslində məsələ nədir deyə. İlk ayə:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, (qanunlar şəklində) yazılmış olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.(Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə (həddindən artıq) sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid 22-23)

...bu ayəni çarpdan sünni dini, bu ayədə olan “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, (qanunlar şəklində) yazılmış olmasın.” hissəsini özlərinin “alın yazısı” inancına dəlil olaraq istifadə edirlər. Halbuki, uzaqdan-yaxından əlaqəsi yoxdur. Ayədə Allah “səbəb-nəticə” qanundan bəhs edir ki, başınıza gələn hadislərin hamısı qanunlar şəklində öncədən yazılıb. Buna səbəb odur ki, sizin başınıza nə hadisə gəlirsə, bunun bir səbəbi var və Allah kainatda səbəb-nəticə qanununu qoyub ki, insanlar başlarına gələn hadisələrə görə Allaha etiraz edə bilməsin ki, başına niyə gəldi. Və ayədə “kətəbə” kəlməsi “qanunlar şəklində yazılmaq” deməkdir, yani Allah hamısını qanunlar şəklində yazıb. Necəki, Allah oruc, savaş üçündə “kətəbə” işlədir, yani qanunlar şəklində yazılma, çünki orucun və savaşın qanunları var və onlara əməl etmək lazımdır. Məsələn, Uhud döyüşündə müsəlmanlar məğlub oldu. Niyə ? çünki, savaş qanunlarına düzgün əməl etmədikləri üçün. Yani, onlar məğlub olduqlarına görə Allaha etiraz edə bilməzlər, çünki hər şey qanunlar şəklində baş verir. Yani, onların məğlubiyyəti alın yazısı deyil, səbəb-nəticə qanununa əsasən baş verdi. Ona görə Hədid 22-23 ayəsində də, bu başa salınır ki, başınıza gələn hər hadisə öncədən qanunlar şəkilində yazılıb. Yani, Allahın dediyi kimi, uğursuzluğunuz öz əlinizdədir:

Əraf 131. Onlara bir yaxşılıq gəldiyi zaman: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Bilin ki, onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu (bunu) bilmir.

Nəml 47. Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir toplumsuz”.

Onlar dedilər: “Biz sizdə uğursuzluq gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”. (Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti (uğursuzluq sayırsınız)? Doğrusu, siz həddi aşmış bir tayfasız”. (Yasin 18-19)

Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allah tərəfindəndir!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, sənin tərəfindəndir!”– deyərlər. De: “Hamısı Allah tərəfindəndir!” Bu topluma nə olub ki, az qala söz də anlamırlar? Sənə gələn yaxşılıq Allah'dandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər. (Nisa 78-79)

...gördüyünüz kimi, müşriklər daim başlarına gələn bəlaya görə başqasını günahlandırıblar. Amma Allah daim buna səbəbkar özünüzsüz kimsəni qınamıyın deyir. Bu ayələrdə diqqət çəkən bir məqamda “sizin uğursuzluğunuz Allah yanındadır” və yaxşılıq üçündə, pislik üçündə “hamısı Allah tərəfindəndir” və digər ayədə yaxşılqıın Allah’dan, pisliyin isə özümüzdən olduqu deyilir. Bəzi insanlar bu ayələri yanlış anlayır ki, niyə uğursuzluğumuz Allah yanındadır deyə. Bunu belə bir misalla izah edim; bir valideyn uşaqı hər hansı yanlış hərəkətinə görə danlayanda, uşaqı danlayan valideyndir, amma bu danlamaqa səbəb uşaqdır. Ona görə uğursuzluğ Allah yanında olsada, onun bizə gəlməsinə səbəb bizik. Və yaxud hakim məhkuma hökm versədə, bu hökmə səbəb məhkumdur. Ona görə Allah deyir:

Şura 30. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.

Çarpıdılmış digər ayə:

Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. De: “Bizim başımıza ancaq Allah'ın bizim üçün (qanun olaraq) yazdığı gələr. O bizim Mövlamızdır. Qoy möminlər Allaha güvənsinlər!” (Tövbə 50-51)

...bu ayədə “Bizim başımıza ancaq Allah'ın bizim üçün (qanun olaraq) yazdığı gələr.” hissəsini alın yazısı inancınma yozullar, halbuki burdada səbə-nəticə qanunudur və burda da “kətəbə” kəlməsi keçir. Diqqət etsəz, 50 ci ayədə bir uğur olanda ikiüzlülər kədərlənir və müsibət olanda sevinirlər və mömünlərdə cavabında “Bizim başımıza ancaq Allah'ın bizim üçün (qanun olaraq) yazdığı gələr.” deyirlər. Yani, Allah döyüş qanunu yazıb və əgər biz ona əməl etsək qalib olacayıq və əgər əməl etməsək məğlub olacayıq. Yani, başıva gələn şey ölçü/qədər əsasında olur.

...alın yazısının digər versiyası “Allah istəməsə, biz istəyə bilmərik” inancıdır. Bu eyni ilə həm Pavlus’un, həm də müşriklərin inancıdır. Olarda eyni şeyi deyirdi, ona görə daim ağalarının, sultanların, fironların köləsi olublar, daim Allaha şərik qoşurlar və fironlarda ona görə Allah adına haramlar təyin edirlər. Çünki bunlara görə Allah belə istəyir:

Nəhl 35. Şərik qoşanlar dedilər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da O’nun ardından heç nəyə qulluq etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” (Bəli,) onlardan əvvəlkilər də eynilə davranmışdılar. Məgər elçilərin üzərinə düşən ancaq aydın çatdırmaq deyilmi?

Ənam 148. Şərik qoşanlar deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik”. Onlardan əvvəlkilər də əzabımızı dadıncaya qədər beləcə yalanlamışdılar. De: “Sizin yanınızda bizə çıxarıb (göstərə biləcəyiniz) bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız”.

Zuxruf 20. Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara qulluq etməzdik!” Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar.

…Əvvəlkilərdə, indikilərdə eyni böhtanı atırlar Allaha. Allah’da cavabında, onların yalan danışdıqını deyir. Amma bu yalançılar məkkə müşriklərinin inanclarını ayaq üstə saxlamaq üçün yenə ayələri bilərəkdən yanlış tərcümə edirlər. Həmin ayələr:

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! (İnsan 30, Təkvir 29)

...məkkə müşriklərinin inancını qorumaq üçün bu ayələri elə tərcümə etdilər. Çünki, əməvilər insanları özlərinə kölə etmək üçün nağıllar uydurduqları üçün, onlarda ayələri nağıllara görə tərcümə ediblər. Əslində ayə müsbət, pozitif bir ayədir, amma bunlar neqativ tərcümə edirlər. Bunu bilmək üçün öncəki ayəyə baxmaq yetərlidir. İnsan 29 da “Həqiqətən, bu bir nəsihətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.” dediyi halda, necə bu ayə Allah istəməsə biz istəyə bilmərik olar ki, halbuki 29 cu ayədə “istəyən” deyir, yani səndən asılıdır. Eləcə də, Təkvir sürəsində 27-28 ci ayələrdə “Bu, aləmlərə yalnız bir nəsihətdir – sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün.” deyir. Bəs ayələrdə deyilən nədir və doğru tərcümə nədir ?

Bu, aləmlərə yalnız bir nəsihətdir – sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. (Bu zaman) siz ancaq Aləmlərin Rəbbi Allah'ın istədiyini istəyərsiz! (Təkvir 27-29)

Həqiqətən, bu bir nəsihətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. (Bu zaman) siz ancaq Allah'ın istədiyini istəyərsiz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (İnsan 29-30)

İnsan 30 və Təkvir 29 ayəsi ikisidə müsbət cümlədir əslində, amma bunlar neqativ tərcümə edib. Ayələrdə deyilən budur ki, Allah sizin doğru yola gəlməyiniz üçün yolu göstərib və sizin hidayət olmaqınızı əzəldən istəyib və əgər sizə doğru yolu seçsəz, bu zaman yalnız Allah'ın istədiyini istəyərsiz. Yani, Allah əzəldən istəyir, amma seçimi/iradəni sənə buraxıb və əgər səndə hidayəti seçsən, bu zaman səndə Allah'ın istədiyini istəmiş olursan. Yani, ayə əslində müsbət bir cümlədir.

Alın yazısı varmı ?
Etiketler: Təhrif

Kategori: İncildən oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.
<
  • Yorumları: 9
  • Makaleleri: 0
  • ICQ:
26 Nisan 2017 20:11

Abu-124

Alıntı
  • Grubu: Üye
  • Kayıt tarihi: 23.03.2016
  • Durumu: Kullanıcı çevrimdışı
 
Tayr quş demək deyilmi??


Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ