» » Qədr gecəsi

 
 
P

Qədr gecəsi

Yazar: Abdullah Tarih 10-07-2017, 19:25, Gösterim: 675

0 Bismilləh!

- Bildiyiniz kimi, bu Mehdi inancı üçün daim Quran ayələrini təhrif edirlər və insanlara təlqin edirlər və bunun üçün nağıllar uydururlar. Və bu nağıllarla ayələri elə çıxılmaz hala salırlar ki, ona görə çarəsizliydən “burda Mehdidən bəhs edir” deyirlər. Çünki, qavramlara yanlış mənalar verdikləri üçün ayədən heç bir nəsihət almaq mümkün olmadıqı üçün “Quran anlaşılmazdır” deyib, mövzunu Mehdiyə yönəldirlər. Bu anlaşılmazlıqa tərk edilən sürələrdən biri də Qədr sürəsidir və əsas Qədr sürəsinin 4 cü ayəsidir ki, həmin ayədə deyir ki:

Qədr 4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh hər işə görə enirlər.

.. bu ayədə “o gecə”ni, "mələkləri", "ruhu", "onların enməsini" anlamadıqları üçün sürəni anlaşılmazlıqa tərk edib, burda mələklər Mehdiyə enir deyirlər. Əslində isə burda nəydən bəhs edir ? Sürəni tam yazaq və baxaq...

1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində endirdik!
2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh hər işə görə enirlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olur. (Qədr sürəsi)

...Quran qədr gecəsi enib. Qədr gecəsi nədir ? Rəvayətlərə görə burda Quranın peyğəmbərə nazil olduqu gecədən bəhs edir. Bəs havaxtdır bu qədr gecəsi ? sünni və şiə rəvayətlərinə görə qədr gecəsinin günü bəlli deyil, bu isə gülüncdür. Çünki, peyğəmbər necə ola bilər ki, peyğəmbər olduqu gecəni bilməsin ? İnsan öz doğum gününü unudarmı ? Qədr gecəsi peyğəmbərin yenidən doğulduqu, həyatının dəyişdiyi gecədir. Peyğəmbər bunu necə bilməyə bilər ? Demək ki, Ramazan ayında “qədr gecəsi” deyib, oyaq qaldıqları gecələr sadəcə və sadəcə uydurmadır... Bəs qədr gecəsi nədir onda ? Qədr gecəsi Quranın endiyi gecədir və bu tək peyğəmbbərə yox, hər bir insan üçün keçərlidir, yani hər insanın qədr gecəsi olur. Quran havaxt sənə ensə, onda o sənin qədr gecəndir:

Əraf 3. Rəbbinizdən sizə endirilənə tabe olun.

...Quran hər birimizə enir və bu gecə bizim qədr gecəmiz sayılır. Bu gecə hansı gecədir ? Ayədə “ləyl” (gecə) kəlməsi bildiyimiz gecə olaraq yox, qanalıqla olmaq, yani şirk, küfr, cəhalətdə olmaq mənasında, yani məcazda işlənib. Bir çox ayədə belə məcazda, yani insanın şirkdə, küfrdə olması və o gecədən aydınlıqa çıxması üçün işlənib:

Xeyr! And olsun aya! And olsun dönüb uzaqlaşan gecəyə! And olsun ağarmaqda olan sübh çağına! Doğrudan da o, böyüklərdən biridir, həm bəşəriyyət üçün xəbərdarlıqdır, həm də sizlərdən irəli çıxmaq və ya geriyə düşmək istəyənlər üçün. (Müddəsir 32-37)

...bu ayələrdə də, insanın qaranlıqda olmasından, sonra o qaranlıqdan uzaqlaşmasından və sonra aydınlıqa çıxmasından bəhs edir; irəli çıxan və geridə qalanlar. Yani, Quran insanın şirkdə, küfrdə, cəhalətdə olmaqına zülümət (qaranlıqlar) deyir və sən öz qədr gecəndə Quranın sənə enməsi ilə qaranlıqlardan aydınlıqa çıxırsan:

Ənam 122. Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün işıq verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? İnkarçılara gördükləri işlər beləcə gözəlləşdirildi.

...Qədr gecəsi həyatıvın dönüş gecəsidir, ona görə Quran bunu “min aydan xeyirli” adlandırır. Min ay bizim bildiyimiz min ay deyil, bu çoxluqa kinayədir. Quran’da “min” (1000) çoxluqa kinayə olaraq işlənir:

Bəqərə 96. Sən onların həyatına bütün insanlardan, hətta şərik qoşanlardan da daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür.

...bu ayədən gördüyünüz kimi, min (1000) Quran’da çoxluqa kinayə olaraq işlənir. Yani Qədr sürəsində deyilən “qədr gecəsi”, yani həyatıvın dönüş anı çox-çox xeyirlidir.

Mələklər və ruh... Sən Quranı qəbul etdiyin andan etibarən sənə mələklər və ruh daim ard-arda enir. Siz buna test edə bilərsiz. Siz tək qaynaq Qurandır demirsinizsə Quranı anlamırsız, çünki mələk və ruh sənə enmir. Amma qədr gecəndən sonra artıq mələklər və ruh daim və davamlı olaraq sənə enir. Bəs mələklər və ruh nədir ? Ruh – Quran’ın adıdır:

Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istəyəni doğru yola yönəltmək üçün, bir işıq etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən – göylərdə və yerdəkilərin sahibi Allah'ın yoluna. Bilin ki, bütün işlər Allaha qayıdır. (Şura 52-53)

…insana həyat verən ruhdur, eləcə də Quran insana həyat verir, ona görə Quranın bir adı ruhdur. Və Allah sənin qədr gecəndən sonra sənə həyat verəcək ruhu (Quranı) sənə davamlı olaraq endirir, yani sən anlamaqa başlayırsan və görürsən ki, davamlı olaraq ayələri anlayırsan və ayələr çözülür sənin üçün, çünki artıq qəlbivi Allaha və kitabına açmısan. Yani, ruh Quran, mələklər isə ayələrdir. Mələk Quran’da Allah’ın ayələri üçündə işlənir:

Əhzab 43. Sizi qaranlıqlardan aydınlıqa çıxartmaq üçün mələkləri ilə sizə dəstək/dayaq olan Odur. (Allah) möminlərə qarşı Rəhmlidir.

…Allah bizi qaranlıqlardan aydınlıqa çıxmaq üçün bizə nəylə dəstək/dayaq olur ? burdakı mələk nədir ?

Hədid 9. Sizi qaranlıqlardan aydınlıqa çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir.

Həqiqətən də: “Rəbbimiz Allah'dır!”– deyib sonra düz yol tutan kəslərə mələklər/xəbər ayələri nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır. Bağışlayan və Rəhmli (Allah tərəfindən) (verilən) ziyafət kimi”. (Füssilət 30-32)

Mücadilə 22. Allaha və Axirət gününə inanan elə bir toplum tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə imanı yazmış və onları Öz tərəfindən bir ruh/vəhy ilə dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allah'dan razıdırlar. Onlar Allah'ın firqəsidirlər. Bilin ki, məhz Allah'ın firqəsi nicat tapanlardır.

...gördüyüünz kimi, Allah bizi qaranlıqlardan aydınlıqa çıxarmaq üçün mələkləri, yani ayələri ilə dəstək/dayaq olur. Yani, Qədr 4 ayəsində ruh Quran, mələklər isə ayələrdir, yani ruh və mələk “Quran ayələri” deməkdir və Allah Quranı qəbul edənə Qran ayələrini davamlı olaraq endirir və ayələr davamlı olaraq ona aydın olur:

Nəhl 2. (Allah) qullarından istədiyi kimsəyə mələkləri/xəbər ayələrini Öz əmrindən olan ruh ilə endirib buyurur: “(Qullarımı) xəbərdar edin ki, Məndən başqa tanrı yoxdur. Məndən çəkinin!”

...və artıq insanları Allah’ın ayələri ilə xəbərdarlıq edirsən. Amma rəvayətçilər “mələk” qavramını anlamadıqları üçün, mələklər imamlarımıza enib deyillər, çünki Quranı incələmiyiblər ona görə. Halbuki مَلَائِكَةَ (mələikətə) kəlməsi 2 kökdən gəlir; mələk və uluk. Əgər mələikətə sözü “uluk” kökündən gəlsə; elçi, xəbər verici mənasını daşıyır. Yani, Quran’da hər مَلَائِكَةَ kəlməsi “mələk” kökündən gəlmir, bəzən “uluk” kökündən gəlir, yani elçi(lər), xəbər verici(lər) mənasında. Ona görə bu qavramı Quran’da diqqətlə incələmək lazımdır.
Və Quran sənə davamlı olaraq endikcə enir və Quran sənin salamatçılqa çıxana qədər, yan sübh (aydınlıqa) çıxana qədər enir daim. Yani, hər hansı qanadlı mələk və.s enmir və heç peyğəmbərə ayələr mələk vasitəsi ilə enməyib, ayələr Peyğəmbərin qəlbinə enib:

Bəqərə 97. De: "Cəbrailə düşmən olan kəs (bilsin ki), Allah'ın izni ilə onu özündən əvvəlkiləri doğrulayan, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) kimi sənin qəlbinə o nazil etmişdir".

Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu güvənili Ruh (bilgi) endirdi – sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. (Şuəra 192-194)

...Vəhy peyğəmbərin qəlbinə gəlib, eləcə də biz Quranı qəbul edəndə, Allah bizim qəlbimizə gerçəkləri endirir.

Kategori: Mehdi

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ