» » Peyğəmbərin nəsli və Mehdi...

 
 
P

Peyğəmbərin nəsli və Mehdi...

Yazar: Abdullah Tarih 19-10-2017, 21:42, Gösterim: 739

0 Bismilləh!

- Bildiyiniz kimi, uydurulmuş Mehdi inancı üçün təhrif olunan ayələrin sayı-hesabı yoxdur... Deməli, Yahudilərin “seçilmiş xalq” “padşahlar hamısı Davudun ailəsindən gəlməlidir” inancını İslama salmaq üçün dedilər ki, Muhəmməd peyğəmbərin də nəsli Qiyamətə kimi davam edəcək və o nəsildən 12 imam və seyyidlər gələcək. Yahudilərin seçilmiş xalq inancı üçün Quranda təhrif olmuş ayələrədn biri də Kövsər sürəsinin sonuncu ayəsidir. Allah ayədə deyir:

Kövsər 3. Doğrusu, sənə kini olanın özü məhv olacaq.

Bu ayə klassik tərcümələrdə “sənə sonsuz deyənin özü sonsuzdur” şəklində tərcümə edirlər, yəni onun nəsli dayanacaq, amma sənin nəslin ta Qiyamətə kimi davam edəcək. Buna da səbəb, bunun üçün nağıl uydurublar ki, peyğəmbərin oğlu öldüyü üçün ona sonsuz deyirlər və bu ayə gəlir ki, sənə sonsuz deyən özü sonsuzdur, sənin nəslin ta Qiyamətə kimi davam edəcək. Ona görə mehdi inancını bura calamaq istəyirlər ki, görürsüz, peyğəmbərin nəsli Qiyamətə kimi davam edəcək, buna görə də mehdi var və gələcək... Bəs əslində ayədə nədən bəhs olunur ?
Ümumi sürəni yazaq və sonra baxaq:

108:1. Həqiqətən, Biz sənə bolluq verdik.
108:2. Sən də Rəbbin üçün (dinə) yönəl və (çətinliklərə) sinə gəl!
108:3. Doğrusu, sənə kini olanın özü məhv olacaq.

İlk ayədə Allah elçisinə “kövsər” əta etdiyini deyir. Rəvayətlərə görə Kövsər cənnətdə bir hovuzdur.

487... Ənəs (r) buyurur: Peyğəmbər Səmaya qaldırıldığı zaman (gördüklərini) danışırkən belə buyurmuşdu: "Mən bir çay yanına gətirildim. Onun tərəf sahili, içləri boşaldılmış xalis inci kublar idi.
- Ey Cəbrail, bu nədir? deyə soruşdum. O da:
- Bu Kövsərdir! deyə cavab verdi”

488- …Əbu Ubeydə Aişədən rəvayət etmişdir kii, Əbu Ubeydə; Mən, Uca Allahın “Biz həqiqətən sənə Kövsəri verdik” sözünü soruşdum. Aişə:
- Kövsər böyük bir çaydır ki, peyğəmbərimizə bəhs edilmişdir. Onun iki tərəfi sahil, imi boşaldılmış xalis incidir. Bu çayın stəkanları ulduzlar sayısmcadır, dedi.

Səhih Buxari “təfsir” Kövsər sürəsinin təfsiri

Bu rəvayət tamamilə uydurmadır. Kövsər sözü “k-s-r” kökündən törəmə sözüdür “aşırı dərəcədə çoxluq” "bolluq" mənasını verir. Allah Kövsərin əta etdiyini/verdiyini deyir. Bu əta olmuş Kövsərin nə olduqunu bilmək üçün kəlmənin keçən yerlərə baxdıqda, tamamailə məlum olur. Gəlin baxaq:

93:1. And olsun səhərə!
93:2. And olsun sakitləşən gecəyə!
93:3. Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu.
93:4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
93:5. Şübhəsiz ki, Rəbbin sənə (nemət) verəcək (əta), sən də razı qalacaqsan.
93:6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
93:7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
93:8. Kasıb olduğun zaman səni varlandırmadımı?
93:9. Elə isə yetimə xor baxma!
93:10. Səndən (kömək) diləyəni qovma!
93:11. Və Rəbbinin nemətindən danış. (Duha sürəsi)

Kövsər sürəsinəki kövsərin nə olduqunu bu sürədə deyilir. Allah burda Rəsulallaha əta edəcəyini deyir və bunun nə olduquunu ardınca deyir ki, yetim ikən sığınacaq verməsi, zəlalətdən hidayətə yönəltməsi, kasıb ikən varlı etməsi. Bunun bir qismi də şərh sürəsindədir:

94:1. Məgər Biz sənin üçün köksünü açmadıqmı?
94:2. Yükünü səndən götürmədikmi?
94:3. (Onlar) belini bükürdü.
94:4. Biz adını sənə görə ucaltmadıqmı?
94:5. Sözsüz ki, hər çətinliylə bərabər asanlıq var.
94:6. Sözsüz ki, hər çətinliylə bərabər asanlıq var.
94:7. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!
94:8. (Ancaq) Rəbbinə üz tut! (Şərh sürəsi)

Allah əta etdiklərinin ardını da burda bildirir. Və Allah əta etdiyi bu qədər nemətə görə, yetimə xor baxma, dilənəni qova və Allahın bu sonsuz nemətlərindən danış deyir. Yəni, Allah Rəsulallahdan əta etdiyi bu nemətə əsasən, dinə yönəl, Allahı və dinini unutma deyir.... Kövsər sürəsinin əvvəlində də bu deyir ki, sənə Kövsəri (bu çoxlu nemətləri) əta etdik. Yəni, Allah Duha sürəsinin əvvəlində “əta edəcəyəm” deyir və Kövsər serəsində də “əta etdik” deyir, yəni bu vədini yerinə yetirdiyini xatırladır. Kövsər budur, Kövsər Allah elçisinə verdiyi sonsuz nemətlər, onun sıxıntılarını aradan götürməsi, adını ucaltması, zəlalətdən hidayətə yönəltməsi və.s... Kövsər 2 ci ayədə də buna qarşılıq dinə yönəlməsini və bütün çətinliklərə, sıxıntılara sinə gəlməsini söyləyir. Üçüncü ayədə də deyir ki, bu sonsuz nemətlərə qarşı Allahın dininə yönəl, çətinliklərə sinə gəl, sənə kini olan ölüb, məhv olub gedəcək, amma Allah sənə verdiyi bu sonsuz nemət ilə səni ucaltdı. Buna görə sənin adın ölməyək, amma səni kini olanların hamısının adı yaddaşlardan silinəcək, amma sənin adın, şanın daim yaşayacaq. Üçüncü ayə barəsində uzun-uzun yazmaq olar əslində, amma uzun yazmaq əvəzinə, Rağib əl İsfaninin dediyini yazım bura. Rağib əl İsfahani kitabında “btr” maddəsini açıqlayarkən deyir ki:

بتر (bətərə): sözü, quyruq kəsməkdə istifadə olunur. Sonra, sonun kəsikliyi və davamının kəsilməsində də istifadə edilmişdir. Əgər bir kişinin yerinə keçən bir uşaqı yoxdursa, onun üçün فلان أبتر filankəs əbtərdir, ifadəsi işlədilir. و أباتر رجل أبتر xeyirdə adı sanı yad edilməyən şəxsə deyilir. Xüsusilə رجل أبتر şəxs, mərhəməti olmayan şəxsdir. Uca Allah'ın adı zikr edilməyən xutbəyə təşbih yolu ilə خطبة بتراء adı verilib. Bu da, Rəsulallah'ın كل أمر لا يبدأ فيه بذكر الله فهو أبتر Allah'ın zikriylə başlamayan hər iş əbtərdir, sözündəndir.
Uca Allah'ın; Doğrusu, sənə kini olan özü əbtərdir (Kövsər 3) sözündə keçən أبتر sözü isə, ADI, SANI KƏSİK ADAM deməkdir. Bunun səbəbi isə, onların, Muhəmmədin (oğlan) uşaqı olmadığından, ömrünü tamamlayınca, adı, sanı yox olub gedəcək deyə düşünmələridir. Uca Allah, burada, əslində ona kin bəsləyənin adı, sanının yox olub gedəcəyini diqqət çəkir. Ona gəlincə, O, Uca Allah'ın onu vəsf etdiyi kimidir; Biz adını sənə görə ucaltmadıqmı ? (Şərh 4) Bu da, Onu, mömünlərin atası etməsi, Onu və Onun haqq dinini qoruyacaq kimsələr verməsidir.

Rağib əl İsfahani "əl müfrədat" b-t-r maddəsi

Rağib'in sözünü sadələşdirsəm, deyir ki, Kövsər sürəsi 3 cü ayədə qəsd budur ki, Rəsulallaha kini olan ölüb gedəcək, məhv olacaq, adı unudulacaq və xatırlanmayacaq. Amma Rəsulallah isə daim xatırlanacaq və daim adı yaşayacaq. Çünki onun gətirdiyi din daim yaşayacaqı üçün, daim Muhəmməd də xatırlanacaq, çünki Allah, ona bu dini verməklə ucaldıb və daim də Muhəmməd xatırlanacaq. Yəni, bu ayənin, Muhəmmədin nəsli Qiyamətə kimi davam edəcək, Mehdi gələcək inancı ilə əlaqəsi yoxdur.

Etiketler: Təhrif, Əhli Beyt

Kategori: Mehdi

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ