» » Peyğəmbərin qohumlarına sevgi (məvəddət ayəsi)

 
 
P

Peyğəmbərin qohumlarına sevgi (məvəddət ayəsi)

Yazar: Abdullah Tarih 24-12-2018, 16:33, Gösterim: 38

0 Bismilləh!

- Bildiyiniz kimi, tarix boyu dinin içində insanları aldatmaq istəyənlər Allah və peyğəmbər adından istifadə edir. Allah adına yalan danışanlar yazdıqları nağılları Allaha nisbət verir, peyğəmbər adına yalan danışanlar da onun adına nağıllar düzüb qoşur və hətta özünü peyğəmbər övladı sayanlar da var və buna da el arasında “seyyidlk” deyilir. Çünki, bunların dünyasında peyğəmbər qohumpərəst idi, yəni ədalətsiz insan olub deyə. Çünki, Quran deyir qohumun belə olsa ədalətli ol, amma bunlar peyğəmbəri qohumpərəst göstərib ədalətsiz insan olaraq tanıtdırırlar:

4:135. Ey inananlar! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah üçün şahidlər olaraq ədaləti qoruyanlar olun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyatınıza uymayın, ədalətli olun! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.

6:152. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun.

... bunlar seyyidlik statusunu bir növ bonus kartı kimi istifadə edirlər. Hara getsən “seyyidəm” deyirsən sənə qapılar açılmalıdır, çünki peyğəmbər qohumusan, böyük kəramət sahibisən və.s... Bunun bir qolu yahudiliyə dayanır ki, onlarda “seçilmiş xalq” inancı var ki, bizə də “seçilmiş ailə” inancı olaraq keçib ki, Əli’nin ailəsi seçilmiş ailədir deyə. Özünü peyğəmbərə nisbət verən “seyyidlik”də xristianlardakı “əzizlik” ilə sintezdir.

Əziz kəlməsini xristianlar “müqəddəs” mənasında işlədirlər. Əziz olmaq üçün iki möcüzən olmalıdır, iki möcüzə göstərsən artıq əziz (müqəddəs) olursan, necəki bizim seyyidlər “kəramət” sahibləridir. Əziz həm də “çox sevilən” deməkdir, necəki bizdə seyyidlərə daha çox məhəbbət var.

Rahibliyi özlərindən icad edən xristianlardan oğurlanan şeyx və müctehidlik üçün çox vaxt "bu, peyğəmbər övladı seyyiddir!" və.s şəkillərdə cavab verilir və buna görə guya biz onlara təslim olmalıyıq, guya nəsli peyğəmbərə bağlanan şəxsə hörmət olunmalıdır. Və bu uydurma qayda üçün Quranda Şura sürəsi 23 cü ayədə "yaxınlıqda sevgi" kəlməsinə yanlış məna verərək bunu müxtəlıif şəkillərdə yozaraq uydurduqları şeyx, müctehid, peyğəmbər övladı və.s uydurma şəxslərə kor koranə boyun əyib onları Allah'dan savayı hökm verən tanrı qəbul edirlər:

42:21. Yoxsa onların Allah’ın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.

Allah özündən savayı hökm verən biri olmadıqını dəfələrlə deməsinə rəğmən bunlar Allah'dan savayı hökm verən tanrılar kəşf etdilər xristian və yahudilər kimi.
İndi isə yanlış məna verdikləri ayəyə və sonra ayədə nə demək istənildiyinə Quran’la baxaq. Çünki, Quran "ən gözəl təfsir" kitabıdır. (Furqan 33)

42:23. İman edib yaxşı işlər görən qullarına Allah’ın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində yalnız yaxınlıqda sevgi istəyirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.

... bu ayədə keçən "yaxınlıqda sevgi" kəlməsində qəsd peyğəmbərin qohumları (əhli-beyt) və bu da sonra uzanaraq seyyid, seyyid müctəhid və.s şəxslərə məhəbbətin vacib olduqu fikri irəli sürülür…
Biz inşallah buna Quran’da bir neçə yöndən cavab verəcəyik, sonra ayədə "yaxınlıq" deyəndə nə deyildiyini elə Quran’la göstərəcəyik..

1. Həqiqətən, peyğəmbərin gətirdiyi risalətin qarşlılıqında onların qohumlarına məhəbbət vacibdirsə, onda Adəm’in və Nuh’un oğlunu sevirsinizmi ?

5:27. Onlara Adəmin iki oğlunun gerçək xəbərini oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!
5:28. Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allah'dan qorxuram.
5:29. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”.
5:30. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi. Beləcə onu öldürdü və ziyana uğrayanlardan oldu.

Adəm’in iki oğlundan biri digərini öldürür. Siz Adəmin qatil olan oğluna məhəbbət bəsləyirsinizmi ?

11:42. (Gəmi) onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, inkarçılardan olma!”
11:43. O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” (Nuh) dedi: “Bu gün, Allah’ın əmrindən yalnız rəhm etdiyi kəslər qorunacaq!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.

… Nuh’un inkarçı oğlunu sevirsinizmi ? Ona məhəbbət bəsləyirsiz ? Demək ki, Peyğəmbər övladı, qohumu sevilməlidir deyə bir qayda yoxdur. Çünki, peyğəmbərə yaxın olanlar Onun ardıyca gedənlərdir, onun qohumları yox:

3:68. Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah möminlərin Vəlisidir.

2. Peyğəmbər övladıdır, şeyxdir, Peyğəmbərin nəslindən gəlir... deyənlər 2 ayəni gözdən qaçırıb:

33:53. Sizə Allah'ın Elçisini narazı salmaq, vəfatından sonra onun zövcələri ilə evlənmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır.

33:40. Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allah’ın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir.

… bu 2 ayəni gözdən qaçıraraq və yaxud ayələrə rəğmən seyyidlik və.s kəşf edənlər bu ayələri görmür ? Niyə Allah peyğəmbərin vəfatından sonra onun xanımları ilə evlənməyə icazə vermədi ? Niyə "Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir" deyir ?

a)Çünki, hələ Allah peyğəmbərin xanımları ilə evlənməyə icazə vermədiyi halda bunlar "peyğəmbər övladıdır, seyyidir.." və deyərək insanları onlara tabe edirlər. Ona görə icazə vermədi ki, Peyğəmbər’dən sonra xanımla evlənən "Mən peyğəmbərin arvadı ilə evlənmişəm, mən və mənim övladlarım daha çox layiqdir ağalıqa.." və, s fikri irəli sürüb insanlardan istifadə edərdi. Çünki, məlum məsələdir ki, Rəsulallah'dan sonra insanlar arasında iftilaf çıxdı və çoxlu qanlar axıdıldı döyüşlərdə və hətta "Cəməl" adlanan döyüşdə Peyğəmbər’in xanımından istifadə edib onu rəhbər seçdilər. İndi onla evlənsəydilər təsəvvür edin nələr olardı.... Allah burda qeybi xəbər verir bizə.

b) Allah "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir" deyir, amma bunlar özlərini Rəsulallaha nisbət verirlər. Ayədə məlum olurki, kimisə Rəsulallaha nisbət verib onu ağa, şeyx və.s seçmək istəyirlər Rəsulallah'dan sonra. Amma Allah öncədən bunun cavabını verir və gələcəyə də xəbərdarlıq edir ki, özünüzü Rəsulallah’ın övladı kimi təqdim etmiyin. Belə şey yoxdur.

3. Heç bir Rəsul öz risaləti qarşılıqıdan öz qohumlarına məhəbbət nədir hətta heç bir müzd istəmiyib:
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. (Şuəra 109, 127, 145, 164, 180, Hud 29, 51)

və hətta Məhəmməd peyğəmbər bunu özüdə deyir:

68:46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər ?

Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir. (Yusuf 104, Ənam 90)

De: “Mən sizdən bir haqq istəmirəm; o sizin olsun. Mənim haqqım ancaq Allah'dan olacaqdır. O, hər şeyə Şahiddir”. (Səbə 47, Sad 86)

Bu mövzuda son nöqtə:

36:21. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!

Rəsulallah da heç bir müzd istəmiyib, istədiyi isə sadəcə Allaha yaxın olmaq üçün Ona tərəf aparaq yolu tutsunlar.

25:57. De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, istəyən kəs Rəbbinə tərəf bir yol tutsun”.

Yəni, yalnız Allaha qul olsunlar və yalnız Allaha qulluq etsinlər:

Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona qulluq edin! Düz yol da budur”. (Ali İmran 51, Məryəm 36, Zuxruf 64)

Doğru yol Allaha qulluqdan keçir və üstəlik bütün Elçilər bunu tövsiyə edib:

16:36. Biz hər ümmətə: “Allaha qulluq edin, həddi aşanlardan uzaq olun”– (deyə), elçi göndərdik.

41:14. Onlara önlərindən və arxalarından: “Yalnız Allaha qulluq edin!”(– deyə əmr edən) elçilər gəlmişdi.

Quran’ın bu mözuya ümumi baxışından da gördüyünüz kimi, risalətin qarşılıqında nə Rəsulallah’ın qohumlarının, nə də uydurulmuş seyyid və.s uydurma şəxslərə məhəbbət əmr edilmir. Ayədə “yaxınlıqda sevgi” kəlməsi Furqan 57 ayəsində açıqlanır ki, yaxınlıqdan məqsəd Allaha yaxın olmaq üçün Ona tərəf yol tutmaqımızdır.

Kategori: Şiə (sünnəti)

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ