» » İt əti yemək

 
 
P

İt əti yemək

Yazar: Abdullah Tarih 1-05-2016, 12:54, Gösterim: 1767

1 Bismilləh!

- Bildiyiniz kimi, Allaha güvənmiyən rəvayət dinləri, Allah'ın kəlmələrini yetərsiz görüb Allaha din öyrətməyə çalışır. Bu istər yahudi, istər xristian, istərsə də rəvayət dinlərində eynidir...

Hucurat 16. De: “Siz dininizi Allah'amı öyrədirsiniz?”

...Allaha din öyrədənlər daim "Quran'da filan şey yoxdur" deyib, özlərindən şəriətdə qanunlar qoyub Allaha nisbət verirlər. Yani, Allah unutdu biz Allah'ın səhfini düzəldirik.

Şura 21. Yoxsa onların Allah'ın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir.

...Allaha din öyrətməyə çalışan bu zalımları Allah bu ayə ilə ifşa edir. Çünki, siz "Quran'da filan şey yoxdur, demək Quran yetərsizdir" demək əvəzinə, doğru olan budur deməli idiniz, çünki, dinin sahibi Allah'dır və Allah dini tamamlayıb və heç bir şeyi unutmuyub, ama siz "alimlərdən çox bilməyəcəyikki" deyərək, əslində, o alimlərin Allah'dan çox bildiyini deyirsiz. Yani, Allah bilmirdi onu, ama alimlər bildi. Ona görə özünüzü müsəlman adlandırmıyın, çünki, müsəlman Allaha təslim olandır, ama siz Quran'nın dediyi kimi tağutlarsız, yani, dində azğınlaşaraq həddi aşıb Allah adına yalanlar danışıb, Allah adına qanunlar icad edənlər...

Nisa 60. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman etdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün həddi aşanlara müraciət etmək istəyirlər. Halbuki onlara həddi aşanlara inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.

...bu tağutlar Quran'da Allah'ın net olaraq bildirdiyi 4 haramdan savayı bir sürü haramlar icat etdi. Halbuki, Allah deyir, bu 4 haramdan savayı haram yoxdur və özüdə bu sözü Rəsulallaha dedizdirir.

Ənam 145. De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allah'dan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, HƏR HANSI ŞƏXSİN YEDİYİ YEMƏKLƏR İÇƏRİSİNDƏ HARAM BUYRULAN BİR ŞEY GÖRMÜRƏM”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.

Bəqərə 173. O sizə sadəcə ölü heyvanı, qanı, donuz ətini və Allah’dan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Nəhl 115. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allah’dan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona) (günah gəlməz). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!

Allah bu 4 haramı 3 kərə təkrar edir və Rəsulallah'da "bu haramlardan başqa haram yoxdur" deyir. Və Allah haramları müfəssəl (ətraflı) izah etdiyini deyir.

Ənam 119. Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan) azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.

Ama görün Rəsulallah adına nə qədər haramlar icat etdi bu Allah adına yalan danışanlar.

Nəhl 116. Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.

...bu yalan uyduranlar, Allah'ın kəlmərini inadına yetərsiz görmək üçün özlərindən haramlar icad edib və sonra bunu Quran'da axdarırlar. Ama hələ də, anlamırlar ki, 4 haramdan savayı haram yoxdur. Ama Allaha unutqan deyəcəkər axı, ona görə "filan şeyin haram olduqunu Quran'da göstər" deyir, yani, Allah unutqandı bax unutdu bunu... Və ən çox dilə gətirdikləri it ətinin haramlıqı barədədir. Mən qısa olaraq ilk deyim ki, İT ƏTİ HARAM DEYİL. Kim nə deyir desin, mən heç kimin gülüşlərini, tənqidini zərrədə ciddiyə almıram və əhəmiyyət vermirəm, çünki, mən Rəbbimin sözünə güvənirəm. Yani, məsələ Allaha güvənib güvənməməkdir. Ama anlamayanlar üçün bunu bir neçə yolla izah edim...

1. Hər toplumun özünəməxsus xüsüsiyyəti var və o toplumda bəzi şeylərdə özlərindən haramlar icad edirlər və bizim toplumda it ətinə pis baxıb və bunun Allah'la əlaqəsi yoxdur. Məsələn, siz qurbağa əti, kərtənkələ əti yeyən xalqlara necə baxırsız ? Pis baxırsız və iyrənirsiz, ama o xalqlar çox gözəl və bəyənərək yeyirlər. Bəs siz niyə yemirsizki ? Çünki, bizim toplumda belə şey yadırğanıb və kimsə yesə ona normal baxmazlar. Demək ki, toplumlar bir şeyi bəyənmiyə bilər, ama bunu Allah adına haram etməyə kiminsə ixtiyarı yoxdur. Mən filan yeməyi heç sevmirəm ama bu o demək deyil ki, mən onu Allah adına haram etməliyəm. Ona görə ərəblərdə it əti sevmiyiblər deyə bunu Allah adına haram ediblər, bunun Allah'la əlaqəsi yoxdur və hətta Quran bücür özlərindən haram icad edənlərdən də bizə xəbər verir.

Ənam 138. Onlar öz (batil) iddialarına görə: “Bu mal-qara və əkinlər haramdır. Bunları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz”– deyirlər. (Müşriklər) mal-qaradan bəzisinə minməyi haram edir, bəzisini də (kəsərkən) üstündə Allah'ın adını çəkmirlər. Onlar (bunu) Allaha iftira ataraq edirlər. O da onları atdıqları iftiraya görə cəzalandıracaqdır.

139. Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı onu (yeməyə) şərik olurlar. Allah onları (bu) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir.

143. (Allah, o heyvanlardan) səkkiz cift (yaratdı); qoyundan ikisini və keçidən ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Əgər doğru danışanlarsınızsa, elmə əsaslanıb (bu haqda) mənə xəbər verin”.

144. Dəvədən də ikisini, inəkdən də ikisini. De: “O, iki erkəyi haram buyurdu, yoxsa iki dişini, yaxud iki dişinin qarnındakı (balaları)? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi zaman şahid idiniz?” Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım toplumu doğru yola yönəltməz.

Eyni əvvəlki müşriklər kimi özlərindən haram icad edib Allaha nisbət verirlər. İndi məndə deyirəm ki, əlinizdə itin haramlıqı barədə ayə var ? Yoxdursa, demək siz nəfsi istəklərinizə uyaraq Allah adına yalan danışıb zalım olmusuz.

2. Hə, indi yenə özlərini saxlaya bilməyib Qurana meydan oxuyanlar "it əti yeyərsən ?" deyirlər. Cavab verirəm, BƏLİ YEYƏRƏM. Ama, siz pulçuqsuz balıq yeyərsiz ? Yox yemərsiz, çünki, sizin dininizdə pulçuqsuz balıq haramdır. Və məndə əvvəl pulçuqsuz balıq yemirdim, çünki, Allah adına yalan danışanlar kitablarına bunu haram ediblər. Ama mən Quran'da baxdım ki, Allah dəniz məhsullarını bizim ixtiyarımıza verib və halal-haram kateqoriyası qoymayıb. Və sonra yahudiliyi oxuyanda gördüm ki, sən demə yahudilər pulçuqsuz balıq sevmədiyindən bunu öz xalqlarına haram ediblər və bizim kitab yüklü eşşək mollalarımızda bunu gedib onlardan oğurlayıb Allah adına haram etdilər.

10. Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun. 11. Onların ətini yeməyin və leşindən iyrənin; onlar sizin üçün iyrənc olsun. 12. Sularda üzgəcləri və pulcuqları olmayanların hamısı sizin üçün iyrənc olsun. ...

Tövrat "Levlilər" fəsil 11

Yahudilər yemədiyi üçün bunu Allah adına haram ediblər və bizim Allaha güvənmiyən mollalarımızda bunu kopyalıyıblar.

Məsələ 2580: Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də, haramdır.

Bunun haramlıqı barədə kim ayə göstərə bilər mənə ? HEÇ KİM... ona görə də lori dildə desəm, balıqın ağına-bozuna baxmadan yeyirəm, ama sizin dininizdə haramdır. İndi "it əti yeyə bilərsən ?" deyənlər, siz pulçuqsuz balıq yeyirsiz ? Mən sizin içinizdən çıxmışam ama yeyirəm, çünki, Allaha güvənirəm artıq. Ona görə sizin haram bildiyiniz bir şeyi yeyirəmsə, demək digərlərinidə yeyə bilərəm. Çünki, Rəbbimə və onun kəlmələrinə sonsuz güvənirəm!

Allaha iftira ataraq özünüzdən haramlar icat etməyin. Yemirsiz-yemiyin, sizi kimsə məcbur etmirki. Siz yemirsiz deyə, bunu haram etməyə sizə kimsə ixtiyar vermiyib.

Yunus 59. De: “Allah'ın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allah'mı sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”

Maidə 87. Ey inananlar! Allah'ın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

Ənam 140. Allah'ın onlara verdiyi ruzini Allaha iftira ataraq haram edənlər, əlbəttə, ziyana uğramışlar. Onlar azdılar və doğru yola yönəlmədilər.

İt əti yemək
Etiketler: İslam, Sunnət

Kategori: Sünni (sunnəti), Şiə (sünnəti), Tövratdan oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.
<
  • Yorumları: 8
  • Makaleleri: 0
  • ICQ: 2147483647
11 Ağustos 2016 04:30

Rovsen

Alıntı
  • Grubu: Üye
  • Kayıt tarihi: 9.06.2016
  • Durumu: Kullanıcı çevrimdışı
 
Allah razi olsun sizlerden.Heyvani keserken Allahin adini cekmek vacibdir ?


Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ