» » Hədislər cahiliyyət nağıllarıdır!

 
 
P

Hədislər cahiliyyət nağıllarıdır!

Yazar: Abdullah Tarih 2-05-2016, 18:37, Gösterim: 3105

1 Bismilləh!

- Bildiyimiz kimi, Quran dəfələrlə bizi xəbərdar edir ki, cahiliyyətə dönməyək, yahudi və xristianların düşdükləri bəlaya düşməyək, onların uydurduqu nağılları kopyalamayaq.

Hədid 16. Allah'ın mesajı və haqdan nazil olanla inananların qəlblərinin yumşalması vaxtı gəlib çatmadımı ? Daha öncə özlərinə Kitab verilənlər kimi olmasınlar; onlar uzun bir müddət keçincə qəlbləri sərtləşmiş, çoxusu da yoldan çıxmış kimsələrdir.

Allah deyir, əvvvəlkilərin düşdükləri bəlaya düşməyin, amma Rəsulallah'dan sonra bu ümmət bu xəbərdarlıqı göz ardı edərək, yahudi, xristian, yani cahiliyyətin bütün nağıllarını kopyaladılar. Əslində, yahudi və xristian nağılları cahiliyyət nağıllarıdır. Bunu özünüzdə bu yazıda şahid olacaqsıznız...

Rəsulallah'dan sonra İslamı parçalayıb darmadağın edib biri digərini "kafir" adlandırıb, əsrlərdir bir-birinin qanını tökürlər.... Diqqət etsəz, heç biri təbliğində Allah mərkəzli təbliğ etmir, siyasət qurbanı olduqları üçün "şəxslər" üzərindən təbliğ aparırlar, ona görə sayı məlum olmayan məzhəblərə bölündülər və hərə özü üçün bir yol çızıb, "gəl bizim dinə, onların hədisləri uydurmadı" deyərək, bir birini rədd edirlər, eyni yahudi və xristianlar kimi...

Bəqərə 113. Yəhudilər: "Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!"– deyir, xaçpərəstlər isə: "Yəhudilər heç bir şeyə əsaslanmırlar!"– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah anlaşılmazlığa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

Eyni onların vəziyyətini göstərən ayə... Sünni dini "şiələrin hədisləri uydurmadı" deyir, şiə dini "sünnilərin hədisləri uydurmadı" deyir və Allah bunlara cahil deyir. Çünki, sünni və şiənin - yahudi və xristiandan fərqi yoxdur. İkisidə, rahib, xaxam, mollalarına, şeyxlərinin ağzına baxıb, onlara təqlid edib ağaları nə desə onlarda təkrar edib, onların Allaha dına yazdıqlarına tabe olurlar.... Və Allah ardıycada öz elçisinə deyir ki,

Bəqərə 120. Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: "Yalnız Allah'ın haqq yolu doğru yoldur!" Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allah'dan nə bir qoruyan, nə də bir kömək edən olar.

Siz sünni və şiə dininə tabe olmayınca, onlar sizdən razı qalmazlar. Ama sənə gələn elmdən sonra onların istəklərinə, yani, nağıllarına uysan səni heç kim qoruya bilməz. Onlar Rəsulallah’dan nə istəmişdilərki ? Gəlin baxaq...

Maidə 48. Elə isə onların arasında Allah'ın (sənə) endirdiyi (Kitab) ilə hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma.

Maidə 49. Onların aralarında Allah'ın (sənə) endirdiyi (Kitab) iləhökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allah'ın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu yoldan çıxmışdır.

Qasas 50. Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allah'dan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım toplumu doğru yola yönəltməz.

Rad 37. Beləliklə biz onu (Quranı) ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allah'dan nə bir himayə edən, nə də bir qoruyan olar.

Muminun 71. Əgər haqq onların istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara öyüd-nəsihət verdik, onlar isə özlərinə verilən öyüd-nəsihətdən üz döndərirlər.

Muhəmməd 14. Məgər öz Rəbbindən (vəhy edilmiş) aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!

...onlar Rəsulallahı Quran'dan qıraqa çıxatmaq istəyirdilər, ona görə Rəsulallah'dan razı qalmırdılar. Ama Allah qətiyyən icazə vermirdi və Muminun 71- də dediyi kimi “Əgər haqq onların istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı.”.. Doğurdanda İslam onların istəkləri ilə olsa, baxın bütün təriqətlər fəsadla məşğuldur; daşqalaq, baş kəsmək, cariyə, əl kəsmək, .... Və ona görə İslam vəhşilik dini kimi tanınır bu zalımların nağıllarına və dünyada törətdikləri fəsadlara görə. Ona görə Rəsulallah deyirdi,

Ənam 56. De: “Mən sizin istəklərinizə uymaram. Əks halda mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram”.

Allah icazə vermirdi, Rəsulallah'da rədd edirdi. Çünki yahudi və xristianların uydurduqları cahiliyyət nağılları idi. Baxın...

Maidə 48. Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq endirdik. Elə isə onların arasında Allah'ın (sənə) endirdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.

Maidə 49. Onların aralarında Allah'ın (sənə) endirdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allah'ın sənə endirdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu yoldan çıxmışdır.

Maidə 50. Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir toplum üçün Allah'dan daha yaxşı hökm verən kim ola bilər?

gördüyünüz kimi, yahudi və xristianlar Rəsulallahı Qurandan qıraqa çıxarıb, öz istəklərini (nağıllarını) qəbul elətdirmək istəyirdilər və Allah icazə vermir və Maidə 50-də də deyir ki, onlar cahiliyyət dövrünün hökmlərini istəyirlər. Yani onların nağılları cahiliyyət dövrünün nağıllarıdır. Ona görə, Rəsulallah'da rədd edirdi, ama Rəsulallah'dan qısa müddət sonra artıq yahudi və xristianları razı salaraq onların bütün nağıllarını kopyaladılar. yani bütün cahiliyyət nağılları kopyalandı.

baxın: Tövratdan oğurlanan

baxın: İncildən oğurlanan

Və Allah bir daha bu məsələyə qayıdaraq, deyir ki,

Bəqərə 135. Onlar dedilər: "Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!" De: "Əksinə, (biz) hənif İbrahimin dinindəyik. O, şərik qoşanlardan deyildi".

Ali İmran 67. İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və şərik qoşanlardan deyildi.

Yenə sünni və şiəni göstərən ayə... Sünni və şiə olunki, doğru yolda olasız. Allah'sa deyir, İbrahim'in dinində olun, müvahid (hənif) olun, onlar Allaha şərik qoşanlardır, çünki, yazdıqları nağılları Allaha nisbət verdilər. Və İbrahim nə yahudi nə də xristian deyildi, necəki, Muhəmməd peyğəmbər nə sünni nə də şiə deyildi, əksinə, hənif (müvahid) bir müsəlman idi.

Bəqərə 79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: "Bu, Allah tərəfindəndir!"– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!

sünni və şiəni göstərən ayə... ikisidə Rəsulallah'dan yüz illər sonra öz əlləri ilə yazıb Allaha nisbət verdikləri nağıllar.

Hədislər cahiliyyət nağıllarıdır!
Etiketler: Sunnət

Kategori: Sünni (sunnəti), Şiə (sünnəti)

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.
<
  • Yorumları: 0
  • Makaleleri: 0
  • ICQ:
25 Temmuz 2016 19:37

Vadar

Alıntı
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
 
Tamamilə açıq şəkildə söylənilir!


Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ