» » Az yaşlı uşaqlarla evlilik!

 
 
P

Az yaşlı uşaqlarla evlilik!

Yazar: Abdullah Tarih 14-06-2016, 14:14, Gösterim: 4194

0 Bismilləh!

- Bildiyiniz kimi, bəzi azğın fikirli insanlar, öz sapıqlıqlarına Quran’dan dəlil axtarıb, zorlama hökmlər çıxararaq insanların ağlını bulandırıblar. Bunu səhv olaraq edənləri əlbəttə tənzih edirəm. Diqqət edilsə bütün təfsirçilər kişidir. Hamilə qadının çölə çıxmasını tərbiyyəsizlik olaraq xarakterizə edən zehniyyətin etdiyi tərcümələrdə qadın geri plana atılmış, mənanı tamamilə dəyişdirən kiçik əlavələrlə kişi hegemonluqu bir sistem qurulmuşdur. Hər detalı Quran’da bildirən Allah, bu cür düşünən şəxslərə qarşı Ali İmran surəsi 78. ayədə Müsəlmanları xəbərdar etmişdir.

Ali İmran 78. Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.

Bu sistemə xidmət edən və səhv anlamağa mahal verən sözlərin qəsdən ya da qəsdsiz əlavə başların qarışmasına səbəb olan ayələrdən biri Talaq surəsi 4. ayədir. Əvvəl bu ayənin ənənəvi tərcüməsinə baxaq;

Talaq 4. Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də -HƏLƏ- heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.

Hər nə hikmətsə, orginalında olmayan "hələ" sözü ayəyə sonradan əlavə olunmuşdur. Bu kiçicik əlavə da mənanı tamamilə dəyişdirmişdir. "Hələ heyz görməmiş" deyildiyində ağla tək şey gəlir. O da yetkinliyə çatmadığı üçün hələ adət görməmiş uşaq! Təbiki "hələ" sözünü Quran tərcüməsinə salmağlarına səbəb var, oda uydurma "sünnət"ləri və uydurma dinləri. Çünki, sünni hədisçilərə görə Aişə Rəsulallah’la evlənərkən Aişə’nin 6 yaşı olub yani HƏLƏ heyz görməmiş yaşda olub..

"Peyğəmbər Aişə ilə, Aişə altı yaşında ikən evlənib..."

Səhih Buxari "Nigah" bab 60 hədis 90

və şiələrə görədə hətta və hətta südəmər uşaqla da ailə qurmaq olur. Və axmağın biri olan Seyyid Rəşid isə bunu müdafiə eləmək üçün video hazırlayıb və südəmər uşaqla evlənməyi küçəyə zibil atmaqla tən tutur: (baxın: Xomeyni'nin südəmər fətvası )

Halbuki Quran’da vəziyyət fərqlidir.

Hələ adət görməmiş deyə bilmək üçün ayədə "əllaaiii ləmmə yəhiznə" sözünün keçməsi lazımdır. Ancaq ayədə "ləm yəhiznə" ifadəsi keçir.

Ləm: Heç olmamış mənasını verir..

Ləmmə: Hələ olmamış, amma olacaq mənasını verir.

Məlum zehniyyət, bu həqiqətlərin ortaya çıxmasını önləmək üçün insanları Quran’dan uzaqlaşdıracaq hər tədbirləri aldılar. "Quranı siz dərk edə bilmərsiz, alimlər anlar.", "Quranı öz dilinizdə oxumayın. Quran Ərəbə endi, orginal dilində oxusaz Quran oxumuş olarsunuz" dedilər. Quranı dəstəmazsız oxuya bilmərsiniz, Quran oxuyarkən başınızı örtməlisiniz ... deyərək heç bir Qurani dəlili olmadığı halda insanların hər istədiklərində Quran oxumalarına əngəl oldular. Quranı hörmət gərəyi örtük içinə qoyub hündür yerlərə astırıb, əlçatmaz hala gətirdilər. Quran’dan uzaqlaşan insanlar da, məsul olduqları və üzərində düşünmələri lazım olduğu bu Kitabdan bixəbər, məlum mollalların din deyə uydurduğu xurafatları İslam zənn edərək şirkə battılar ... Bu təlqini alan insanlara ayənin həqiqi hökmünü söylədiyinizdə, ayəyə etibar etməyib mollallardan, atalarından öyrəndiklərinə təslim olurlar. Allah bu insanların vəziyyətini Bəqərə surəsi 170-də bu şəkildə ifşa edir;

Bəqərə 170. Onlara: "Allah'ın endirdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızı üzərində tapdıqımız şeyə tabe olacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsədəmi?

Bu qısa əlavədən sonra Talaq surəsi 4. ayəsi araşdırmağa davam edək. Ayədə, adətdən kəsilmiş, yəni menopoz dövrünə girmiş qadınların gözləmə müddəti 3 ay deyilir. 3 ay gözləmənin səbəbi nədir? Qadının hamilə olub olmadığının başa düşülməsidir. adət görməyən uşaq hamilə qala bilərmi? Xeyr. O zaman 3 ay gözləməsinə də gərək yoxdur. Hamilə qalan qadın adət görməz. Ancaq hamilə olduğunun başa düşülməsi müddət alır. Bu vəziyyətdə olan qadınlar üçün də gözləmə müddəti 3 aydır. Hamiləliyi qəti olanlar isə doğuma qədər gözləyər.

Tərcümələrdə adət görməmiş qızlar olaraq tərcümə olunan "Vəlləi ləm yəhiznə" ifadəsi tibbi olaraq "sekonder amenore" deyilən vəziyyətdir. Yəni adət nizamı pozulduğu üçün adət görməyən (normalda adət gördüyü halda müxtəlif səbəblərlə 3 ay və ya daha uzun sürən bir dövrdə adət görməyən) qadınları ifadə edir. (baxın:Sekonder amenore)

Ayrıca ayədə keçən "Nisa" sözü Quran’da yetkin qadınlar üçün istifadə edilən bir sözdür. Adət görməyən insan əgər uşaq olsaydı o zaman "Vildən, Vələd, Bənət ..." sözlərinin işlənməsi lazım idi. Ancaq ayədə yetkin qadınlar üçün istifadə olunan "Nisa" sözü keçir. Və olması lazım olan doğru tərcümə də aşağıdakı kimidir.

Təlaq 4. (Menapoz dövründə) adətdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də adət görməyənlərin də gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allah’dan çəkinərsə, (Allah) onun işini asanlaşdırar.

Nəticə: Quranda nigah yaşı, Nisa surəsi 6. ayədə bildirilmişdir.

Nisa 6. Yetimləri evlilik yaşına çatana qədər imtahana çəkin. Əgər onlardan rüşdə/yetkinliyə çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.

Ayəni diqqətli oxusanız, yetimləri "evlilik yaşına çatana qədər" imtahan edin, əgər özlərində bir "rüşd/yetkinlik" görsəniz onlara mallarını verin deyir.

Mehir, İslam Huququ'nda kişinin evlənərkən qadına verdiyi pul və ya maldır. Mehir qadının ailəsinə deyil, birbaşa qadına verilir. Yuxarıdakı ayəyə görə malların sahibinə təslim edilmə çağı, o adamın malını nəzarət edə biləcəyi yaşdır. Bu səbəbdən mehir sahədə qadının bu malı və ya pulu nəzarət edə biləcəyi bir yaşda olması lazımdır. Ayrıca ayədə qadın üçün də kişi üçün də "rüşd" sözü keçir. Bu da "doğru yolu tapma qabiliyyəti" mənasına gəlir. Kiçik bir uşaq bəlkə evin yolunu belə çətin tapar. Qısacası Quran’dakı nigah yaşı ilə dövlət qanundaki nigah yaşı tam uyğundur. Əks iddia pozğunluqdur. Kimsə öz azğınlığına Quran’dan dəlil axtarmasın!

Mehtap Gözükan

Az yaşlı uşaqlarla evlilik!
Etiketler: Təhrif, İslam, Qadınlar

Kategori: Sünni (sunnəti), Ateistlərə cavab, Şiə (sünnəti)

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ