P

Çoxarvadlılıq

Yazar: Abdullah Tarih 2-09-2018, 22:43, Gösterim: 188

0 Bismilləh!

- Bildiyiniz kimi, ateistlərin, İslam üçün tutduqları iradlardan biri də çoxarvadlılıqla bağlıdır. Yəni onlar çoxarvadlılıqı pis bir şey kimi anlayırlar və elə təqdim edirlər ki, guya İslam, bu yolla qadınları alçaldır və bu yolla kişilərin nəfsinə xidmət edir və sanki İslam deyir ki, hər kişinin çox arvadı olsun... İnşallah, biz də öz növbəmizdə bu məsələyə Quran və insan nəzərindən yanaşaq və görək, həqiqətən də, məsələ ateistlərin dediyi və anladıqı kimidirmi...

1. Quran həyat, fitrət kitabıdır. Ona görə, bizim həyatımızda olan hər şeydən Quranda bəhs olunması ən təbii haldır. Quran evlənmək, boşanmaq, qadının hamiləliyi, uşaq əmizdirmə, ailə daxili problemlər, sevgi və.s hər şeydən bəhs edir. Bunlar bizim həyatımızda baş vermir ? Baş verir. Demək ki, Quran həyatımızda yaşayacaqımız şeylərdən bəhs etməsi normaldır, çünki bu, həyat kitabıdır.

2. Quranda bəhs olunanlardan biri də çoxarvadlılıqdır. Quran havaxt çoxarvadlılıqdan bəhs edir ? Ancaq savaş dönəmində. Niyə ? Çünki savaş zamanı kişilər öldüyü üçün ölkədə qadın sayı kişi sayından çox olur və bu zaman çox arvadlılıq zəruri olur. Baxın, bu belə bizim fitrətimizi yansıdır. İstəsəz, tarixə nəzər salın, görəcəksiniz ki, savaşdan sonra çoxarvadlılıqa icazə olur, çünki zəruridir.

Quranın çoxarvadlılıqla bağlı prinsipi budur ki, savaş zamanı çoxarvadlılıq olar, amma burda da əlavə bir şərt də qoyub ki, savaş zamanı çoxarvadlılıq icazəli olsa da, amma sən çox arvada qarşı ədalətli olmayacaqsansa, onda sən elə bir qadınınla yaşa. Yəni Quran adi halda bir qadın deyir, çoxarvadlılıq ancaq savaş dönəmi üçündür, amma burda da bu yükü daşıya bilmiyənlərə maneə qoyur ki, sən elə bir qadınla yaşa.

4:129. Siz nə qədər istəsəniz də, qadınlar arasında əsla ədalətli olomaqa gücünüzn çatmayacaq. (Birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Əgər (bu vəziyyəti) düzəldib məsuliyyətli olsanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.

Muhəmmədin çoxarvadlılıqı da eynidir. Muhəmməd üçün çoxarvadlılıq harda qeyd olunub ? Əhzab sürəsi. Sürə nəydən bəhs edir ? Savaşdan və hicrətdən.

33:50. Ey Nəbi! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən əhdlə sahib olduğlarını, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Nəbi onunla evlənmək istədiyi təqdirdə özünü Nəbiyə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncu) digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və əhdlə sahib olduqları barəsində nəyi fərz buyurduğumuzu bilirik. (Belə etdik) ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.

Elə Əhzab 50-də də bu deyilir ki, Muhəmməd hicrət edib və Mədinə də savaş dönəmidir. Demək ki, burda çoxarvadlılıq zəruri olub və daim də belə olacaq. Sabah biz savaş etsək, savaşdan sonra çoxarvadlılıq qüvvəyə minəcək. Bundan öncə də belə olub və indi də savaş şəraitində yaşayanlar da belədir.

Bunlar bizim həyatımızda yaşayacaqımız şeylərdir. Əgər siz yaşamırsınızsa, yaşayan xalqlar var və bu ayələr onlar üçün keçərlidir. Bugün bizdə keçərli deyilsə, sabah müharibə olduqu təqdirdə keçərli olacaq və gördüyüünz kimi, çoxarvadlılıq adi hal üçün deyil, əksinə, zəruri bir haldır və bu da müharibə zamanı üçündür.
Etiketler: Qadınlar, Təhrif

Kategori: Sünni (sunnəti) » Ateistlərə cavab

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ