» » Sevgidə həddi aşmaq (!)

 
 
P

Sevgidə həddi aşmaq (!)

Yazar: Abdullah Tarih 8-02-2017, 18:36, Gösterim: 1129

0 Bismilləh!

- Bildiyiniz kimi, Quran’da sevgi, məhəbbət üçün iki qavram keçir: hubbə və vudud... Bizim dilimizə keçən məhəbbət sözü elə ərəblərdən gəlmə sözdür və sözün kökü “hubbə”dir və bizim bildiyimiz sevgi və məhəbbətdir. Amma birdə “vudud” qavramı var ki, buda bir şeyi istəmək, arzulamaq mənasını verir. Allah bu iki qavramı istifadə edərkən, bizim diqqətimizin çəkməsini istəyir daim. Çünki, Quran’da məhəbbət (hubbə) qavramı Allah üçün işlənir və qalan şeylərə sevgi isə daim sərhəd daxili sevgi ilə, yani vudud (məvəddət) işlədir, amma insanların sevgidə həddi aşıb məvəddət yox məhəbbət qavramı ilə sevgi bəsləyir və sonra o şeyi tanrılaşdırır.

1. Allah’ın insanı və insanın Allahı sevməsi

Ta ha 39. “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı (qullarım arasında) məhəbbət oyatdım.

Ali İmran 31. De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir".

Maidə 54. Ey inananlar! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, inkarçılara qarşı isə sərt olan, Allah yolunda çalışan və tənə edənin tənəsindən qorxmayan bir toplum gətirər. Bu, Allah'ın lütfüdür, onu istəyənə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.

...bu gördüyünüz ayələrdə Allahın insana və insanın Allaha olan sevgisindən bəhs edir və Allah burda “hubbə” kəlməsi işlədir, yani inananların Allaha və Allah’ın inananlara sevgisi böyükdür. Və Allaha itaət Ona olan sevgidən qaynaqlanır və ona görə bu sevgi bizə Allaha olan imanıda sevdirir və iman sevgi ilə olur:

Hucurat 7. Bilin ki, Allah'ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə inkara, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.

...bu ayələrdə Allah sevgi üçün hubbə qavramı işlətsə də, Allah’ın ardından Ondan aşaqı varlıqlara Allah hubbə ilə sevgiyə icazə vermir, daim vudud daxili sevgi olmasını söyləyir, amma insanların həddi aşdıqlarınıda vurğlayır.

2. Yaxınlara, qohmlara sevgi, istək

Şura 23. İman edib düzəldici işlər görən qullarına Allah’ın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində yalnız qohumluq sevgisi istəyirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.

...Allah bu ayədə qohumlara sevgidən bəhs edir və bunun “vudud” çərçivəsində olmasını istəyir, amma insanlar həddi aşaraq bu sevgini hubbə səviyəsinə qaldırır və sonunda yaxınlarını, qohumlarını tanrılaşdırır və yaxınlarının dediyini Allah’ın dediyindən üstün tutur:

Ey inananlar! Əgər atalarınız və qardaşlarınız inkarı imandan üstün sayırlarsa, onları vəlilər tutmayın. Sizlərdən onları vəli tutanlar zalımlardır. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allah'dan, Onun Elçisindən və Onun yolunda çalışmaqdan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah yoldan çıxmış toplumu doğru yola yönəltməz”. (Tövbə 23-24)

...Allah ardınca isə, mömünlərin Allah və elçisi ilə düşmən olan qohumlara qarşı istək olmadıqını deyir:

Mücadilə 22. Allaha və Axirət gününə inanan elə bir toplum tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə imanı yazmış və onları Öz tərəfindən bir ruh/vəhy ilə dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allah'dan razıdırlar. Onlar Allah'ın firqəsidirlər. Bilin ki, məhz Allah'ın firqəsi nicat tapanlardır.

3. Qadınlara məhəbbət

Quran ailənin mahiyyətinin kişi ilə qadın arasında vudud (istək, sevgi) və rəhmət olduqunu deyir:

Rum 21. Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün növünüzdən zövcələr yaratması, aranıza sevgi və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən toplum üçün ibrətamiz dəlillər vardır.

...amma insanlar burda da həddi aşaraq qadını hubbə dərəcəsində sevir və qadını tanrılaşdırırlar və ona görə kişilərin qadına olan bu şiddətli məhəbbətinə görə intihar belə edənlər olur:

Ali İmran 14. Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.

4. Mal-mülkə məhəbbət

İnsanlar mal-mülkə də çox şiddətli məhəbbət bəsləyir və mal-mülkünü Allah qədər sevir:

Sad 32. (Süleyman) dedi: “Mən, (günəş) üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimim zikrindən üstün tutdum”.

Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz, kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz, mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz. (Fəcr 17-20)

Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir. Həqiqətən, o, var-dövlətə çox hərisdir. (Adiyat 6-8)

...Allah isə bu çox sevib, həris olduqumuz malı daim ehtiyyaclı olan insanlar üçün sərf etməyimizi istəyir:

Bəqərə 177. Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman edən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və nəzarətdə olanların azad edilməsinə sərf edən, vəhy dərslərini ayaq üstə tutan, zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da 1elə məhz onlardır.

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi yalnız Allah'ın razılıqı xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! (İnsan 7-8)

...Və Allah sevdiyimiz bu maldan xərcləməyincə xeyir tapmayacaqımızı deyir:

Ali İmran 92. Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla xeyrə nail olmayacaqsınız. Siz nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.

5. Dünya sevgisi

Quran insnaların dünyaya olan şiddətli məhəbətindən də bəhs edir:

İbrahim 3. O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.

Nəhl 106. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah inkarçı toplumu doğru yola yönəltmir.

Xeyr! Əksinə, siz tez ötüb keçən (fani dünyanı) sevir, Axirətdən isə uzaqlaşırsınız. (Qiyamət 20-21)

6. İnsanlara məhəbbət

Quran insanların insanlara sevgisindən də bəhs edir və bunun vudud çərçivəsində olmaqını göstərir:

Məryəm 96. İman edib düzəldici işlər görənlər üçün Rəhman (qəlblərdə) bir sevgi yaradacaq.

...amma insanlar bunda da həddi aşaraq peyğəmbərə, din adamlarına şiddətli məhəbbət bəsləyərək, onları günahsız, məsum olmaqı haqqında nağıl uydurub və sonunda onu tanrılaşdırırlar. Məsələn, təriqətlər peyğəmbərə olan “məhəbbətlərindən” onu həbibullah (Allahın sevgilisi) adlandırırlar və Quran tərcümələrində də “de” ilə başlayan ayələri tərcümə edərkən “Ey Habibim de:” deyə tərcümə edirlər. Bu həddi aşmaqdır, peyğəmbəri tanrılaşdırıb Allaha şərik qoşmaqdır. Çünki, bu yolla peyğəmbəri məsum sayıb, onu Allah’ın köməkçisi kimi təqdim edirlər və yaxud imamları üçün “Allah’ın yaxını” deyirlər:

... Ali b. Süveyd, Əbul-Həsən Musa b. Cəfər (əleyhissalam)'dan “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma!" (Zumər, 56) ayəsiylə əlaqədar olaraq belə rəvayət etmişdir:
«Ayənin orijinalında çəkilən "cənbillah = Allah'ın yanı-yaxını" Əmir'ül-Möminin (Əli b. Əbu Talib əleyhissəlam)'dır. Ondan sonra gələn vəsiıər də ən sonuncusuna qədər bu yüksək məqama sahibdirlər.»

əl kafi “höccət” bab 24 hədis 9-(358)

bu inanclar xristian inanclarıdı. Necəki, onlar İsa’ya “məhəbbətlərindən” İsa’ya Allah’ın oğlu deyib, onu Allah’ın sağında otuzdurdular:

Tövbə 30. Xaçpərəstlər də: “Məsih Allah'ın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. (Bu,) daha əvvəlki inkarçıların sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər!

…sizin sözlərinizdə əvvəlki inkarçıların sözünə oxşayır. Onlarda sizin kimi tanrılaşdırdıqları haqqında belə uydurmuşdular:

Bəqərə 165. İnsanlardan elələri də vardır ki, Allah'ın ardından (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman edənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allah'ın şiddətli əzab verdiyini görəydilər.

…amma İsa onlara əsla bunu öyrətməmişdi və bunu deməmişdi. O, insanlara Allahı sevməyi buyurmuşdu:

34. Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. 35. Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: 36. «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» 37. İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. 38. Bu, böyük və əsas əmrdir.

İncil "Matta" fəsil 22:34-38

İncil "Mark" fəsil 12:28-31

...İsa peyğəmbər özünə “yaxşı” deməyə belə icazə vermirdi, amma xristianlar məhəl qoymurlar:

17. İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 18. İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.

İncil "Mark" fəsil 10

İncil "Luka" fəsil 18:18-19

...xristianlar İsa’nın bu sözünə məhəl qoymadıqı kimi, müsəlmanlarda Muhəmməd’in gətirdiyi kitaba məhəl qoyub, ibrət almadılar və xristianlar kimi Muhəmmədi tanrılaşdırdılar:

Maidə 72. “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər artıq inkarçı oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”.

... ama Pavlus İsa’nın Allah’ın “oğlu” olduqunu uydurdu və bu İncil’də dəfələrlə təkrarlanır. Amma həm İsa, həmdə Muhəmməd onlara belə şeyi qadağa etmişdi.

Sevgidə həddi aşmaq (!)

Kategori: Təqlid

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.

Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ