» » Allahın ərşi

 
 
P

Allahın ərşi

Yazar: Abdullah Tarih 20-08-2015, 00:00, Gösterim: 15039

4 Bismilləh!

- Bildiyiniz kimi, Tövhid`in T`sından belə anlayışı olmayan vəhabilərin çox qəribə bir inancları var və hətta daha açıq deyək bütpərəst bir inancları var. (baxın: Vəhabi tovhidi)..
Çünki, onlara görə Allaha cismdir və göydə bir cırıldayan taxda əyləşib və insana oxşayır. Bunların Allahı cism saymağına səbəblərin başında Quran'da anlamadıqları "ərş" kəlməsi ilə əlaqədardır. Yani, bunlara görə Allah anaşılmaz kəlmə nazil edib və mənası bəlli deyil və anlamadıqımız kəlmədən Allah bizi sorumlu tutacaq...

Bizdə öz növbəmizdə Quran'da الْعَرْشِ (əl ər'ş) kəlməsini yığdıq və maraqlı nəticə alındı. İnşallah nəticəni və "ərş" sözünün mənasını və vəhabilərin bu kəlmənin yanlış anlama kökünü göstərəcəyik, yani, onlar nəyə əsasən bu qərara gəliblər..

Deməli, artıq uzun muddətdirki Əlixan Musayev'in Quran tərcüməsini incəliyirdik. Əlixan'ın daha duzgun tərcüməsi var digərlərinə nisbətən, ama təbiki çox səhfləri var və bunada səbəb öz dininə uyğun əqidəsinə uyğun tərcümə etməsidir və buna görə qınamırığda onu. Çünki, vahabisənsə əqidəvə uyğun tərcümə edəcəksən, ama çoxunu çox gözəl və bacardığı qədər düzgün tərcümə edib...
Xülasə, vəhabilərin "Allah göydədir" batil inancı üçün daim istifadə etdikləri "ər rahmənu ələl ərşistəva" (Ta ha 5) ayəsində "ərş" kəlməsinin səhf anladıqları üçün bizdə öz növbəmizdə Zikr'də həm الْعَرْشِ (əl ər'ş) kəlməsini yığdıq və Əlixan Musayev'in bu kəlməni hansı anlamlarda tərcümə etdiyinə baxdıq..
Və Zikr'də "ərş" kəlməsi 28 dəfə keçib. Və biz bunu 2 hissəyə ayırdıq (Allah və insan üçün). Çünki, "ərş" kəlməsi həm Allah həmdə insan üçün işlənib. Və marağlı nəticə alındı. Deməli, Əlixan Musayev insan üçün "ərş" kəlməsini; hakimiyyət, taxt anlamında tərcümə edib, ama Allah üçün isə tərcümə etmiyib və elə də saxlayıb. Görən ərş hakimiyyət deməkdirsə niyə Əlixan Musayev bunu Allah üçündə eyni tərcümə etməyib ? Niyə kəlməni elə ərəbcə saxlayıb ?

Və ayələrin hamısını və tərcümələri sizə təqdim edirik...

1. İnsan üçün..

Əraf 137. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik.
Yusuf 100. O, ata-anasını taxtın üstündə əyləşdirdi.
Nəhl 68. Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
Nəml 23. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.
Nəml 38. (Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”
Nəml 41. (Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq və ya tanımayanlardan olacaq?”
Nəml 42. Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?”– deyildi. O dedi: “Deyəsən odur!” (Süleyman dedi:) “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”

2. Allah üçün..

Əraf 54. sonra da Ərşə ucalan Allahdır.
Tövbə 129. O, böyük Ərşin Rəbbidir!”
Yunus 3. Ərşə ucalan Allahdır.
Hud 7. Ərşi su üzərində ikən
Rad 2. sonra da Ərşə ucalan ... Allahdır.
İsra 42. onlar Ərş Sahibinin yanına (çatmaq üçün) yol axtarardılar”.
Ta ha 5. Ər-Rəhman Ərşə ucaldı.
Ənbiya 22. Ərşin sahibi olan Allah
Muminun 86. əzəmətli Ərşin Rəbbi
Muminun 116. O, şanlı Ərşin Rəbbidir.
Furqan 59. sonra da Ərşə ucaldı.
Nəml 26. Böyük Ərşin Rəbbi
Səcdə 4. sonra da Ərşə ucalan Allahdır
Zumər 75. Ərşi əhatə edərək
Ğafir 7. Ərşi daşıyanlar
Ğafir 15. Ərşin sahibi Odur.
Zuxruf 82. Ərşin Rəbbi müqəddəsdir
Hədid 4. sonra da Ərşə ucalan Odur.
Haqqə 17. Rəbbinin Ərşini səkkiz (mələk) daşıyacaqdır.
Təkvir 20. Ərşin sahibi yanında
Buruc 15. Ərşin sahibidir

- gördüyünüz kimi, Əlixan Musayev - Allah üçün Zirk'də işlənən "ərş" kəlmələrinin heç birini tərcümə etməyib. Niyə ?
Bizim diqqətimizi əsasən Nəml sürəsində çəkdi. Nəml 23 də "ərş" kəlməsi keçib və marağlısı 3 ayə sonra yani Nəml 26 dada keçib və birini tərcümə edib və birini etməyib, yani, insan üçün olanı tərcümə edib ama Allah üçün yox. Çünki, bunlar özlərini "Allah insanla müqayisə olmaz" deyə bir nağıla inandırıblar və bunuda sünni dininin qədim "alim" sayılan Malik kəşf edib..

İmam Malik "Allah Ərşə istiva etdi" (Ta ha 5) ayəsindəki "istiva" sözü haqqında sual soruşan şəxsə:
"İstiva mə'lumdur, onun necə olduğu (keyfiyyəti) bilinmir, buna dair sual soruşmaq bidətdir. Sənin pis bir insan olduğunu zənn edirəm. Onu mənim yanımdan çıxarın" demişdir.

İlkan, II, 6; Məbahis fi Uhimi'l-Qur'ân, s. 284.

Malikə görə Allah bizim anlamdıqımız ayələr nazil edir və ayələri sorğulamaq olmaz.
Çünki, Quran ayələri üzərində düşünməyən Malik və Malik kimilər ağıl sahibi olmadıqından bu qənaətə gəliblər.

Sad 29. (Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.

ama, Allah özünü insanla müqayisə edir və misalda çəkir..

Ənam 101. O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O yaratmışdır. O, hər şeyi bilir.

Demək ki, Allah insanla müqayisə oluna bilər və Allah hər şeyi xəlq edəndir və Allah öz yaratdıqına möhtac deyil nəyinsə üzərində otursun və oturması üçündə gərək cism olsun.

2. Bəs "ərş" nə deməkdir ?

Cavab: Ərş Allah'ın hakimiyyətidir, insan üçün işlənən ayələrə baxsaq görürük ki, taxt yani hakimiyyət mənasındadır. Bir insan hakimiyyətə gəlmək üçün taxta çıxmalıdır yani taxt hakimiyyət simvoludur. Və Allah eyni şeyi özü üçündə deyir, yani, Allah hakimiyyətini bildirir. Ama nədənsə insan üçün işlənəni başa düşən Əlixan və vəhabilər niyə Allah üçün başa düşməyib ?
Və dahada marağlısı Hud sürəsinin 7 ci ayəsində "Ərşi su üzərində ikən" kəlməsini Allahın əvvəl su üzərində oturduqunu sonra göyə qalxdıqını anlayırlar. Ama bunlar bilsələrki "ərş" hakimiyyət deməkdir onda ayəni çözəcəklər. Allahın Hud 7 ayəsində demək isədiyi odurki, Allahın ilk yaratdıqı su olub və Allahın hakimiyyəti su üzərində olub su üzərində oturmayıb. Bir şeyin üzərində hakimiyyət onun üzərində oturmaq deyil..

3. Quran'da Allah'ın göydə olmağı haqqında 1 nəfər iddia edir. Sizcə kim ?

Qasas 38. Firon dedi: “... Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın Allahının yanına qalxım.

Göylərin yollarına çatım və Musanın Allahını görüm (Ğafir 36/37)

firon! Quran'da 1 cə firon bu etiqatda olub. Sizin firondan fərqiniz nədir ?

3. Bəs bunun kökəni hara dayanır ?

Cavab: Allahın hakimiyyəti göydə olması vəhabilər Zəburdan götürüb.

Rəbb Öz müqəddəs məbədindədir,
Onun taxtı göylərdədir.

Rəbbin görən gözləri var, gözünü açar,
Bəşər övladlarına diqqətlə baxar.

Zəbur "məzmur" fəsil 11 ayə 4

butün təhrif omuş kitablara və sunni dinin nağıllarına görə Allah göydə öz taxdında oturub dincəyir və ərşindən cırıltı səsi gəlir. Ama Quran hamısının əksini deyir..

Allahın göydə olması etiqatı yahudilərdə və xristianlarda da var. Və yahudilərə görə Allah dünyanı 6 günə yaradıb və 7 ci gündə istirahətə çəkilib göyə. Və bu inanc elə ordan götürülübki, Allah dünyanı yaradandan sonra göydə bir küncdə oturub dincəlir ərşində.

Mənimlə İsrail övladları arasında əbədi bir əlamətdir ki, altı gün ərzində Rəbb göyləri və yeri yaratdı, yeddinci gün isə istirahət etdi və dincəldi.

Tövrat "çıxış" fəsil 31 ayə 17

gördüyünüz kimi, kökən təhrif olmuş kitablara dayanır və bütün uydurma inanclara görə Allah göydə oturub dincəlir. Dahada marağlısı yahudi və vəhabilərə görə Allah göydə yaxşı eşidib görmədiyi üçün bəzən yerə enirki yaxşı eşidib görsün.

20. Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır.

21. Buna görə də AŞAĞI ENİB BAXACAĞAM ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».

Tövrat "yaradılış" fəsil 18 ayə 20-21

5. Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün AŞAĞI ENDİ.

Tövrat "yaradılış" fəsil 11 ayə 5

Allahın ərşi

Əbu Hureyrə dedi: Rəsulullah (s.a.v) dedi: "Gecənin son üçdə biri qaldığı zaman Rəbbimiz Təbaraka və Təala hər gecə dünya səmasına enər və:" Mənə kim dua edər ki, onun duasına cavab verim! Məndən kim bir hacət istər ki, ona diləyini verim! Məndən kim bağışlama dilər ki, onu bağışlayım!" buyurar.

1. Səhih Buxari "Dua" bab 13 hədis 17

2. Səhih Buxari "Təcəhhüd Namazı" bab 14 hədis 26

3. Səhih Buxari "Tovhid" bab 36 hədis 120

4. Səhih Müslim "Yolçu Namazı" bab 24

5. Sünən Tirmizi "Namaz" bab 329 hədis 446

6. Sünən Tirmizi "Düa" bab 79 hədis 3498

7. Sünən Əbu Davud "Sünnət" bab 19 hədis 4733

8. Sünən Əbu Davud "Nafilə namazı" bab 21 hədis 1315

9. Sünən ibn Macə "Namaz layiqi" bab 182 hədis 1366

bir daha şahidi olruruk ki, həqiqətən araşdırınca bu inancın və vəhabi dinini yahdudilərin yaratdıqı açıq aşgar sübüt olur. Və bu hər iki dinə Allah cavab verir..

Qaf 38. Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.

Sonda: əgər yenədə "ərş" kəlməsinin Allah'ın hakimiyyəti yox Allah'ın göydə olması mənası verirsinizsə onda göyə qaçın, çünki, bu Allah'ın əmridir!

Zəriyət 50. (De:) “Allaha tərəf qaçın!

sizdə firon kimi Allaha tərəf yol tapıb onun yanına çıxmaqa çalışın winked

Nəticə: ərş Allah'ın hakimiyyətidir.

Ayənin mənası: Rəhman hakimiyyətə yüksəldi. (Ta hə 5)

Qeyd: bəzi cahil vəhabilər "Allah bəyəm aciz idi əvvəl ?" deyillər.

Cavab: Olmayan bir şeyin hakimi olurlar ? Sən dünyaya gəlməmişdən atan sənin hakimin idi ? Allah hər şeyi yaratdı və sonra mütləq hakimiyyətinə yüksəldi və Rəhman sifəti ilə hakimiyyət edir. Çünki, əvvəl heç bir şey yox idi, heç bir şeyin üzərində hakim olmurlar.
Etiketler: Təhrif, Sunnət

Kategori: Vəhabi Tovhidi, İncildən oğurlanan, Tövratdan oğurlanan, Zəburdan oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.
<
  • Yorumları: 0
  • Makaleleri: 0
  • ICQ:
6 Eylül 2015 23:59

Azer

Alıntı
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
 
Allah razi olsun. gözel açıqlamadır.

<
  • Yorumları: 9
  • Makaleleri: 0
  • ICQ:
23 Mart 2016 21:41

Abu-124

Alıntı
  • Grubu: Üye
  • Kayıt tarihi: 23.03.2016
  • Durumu: Kullanıcı çevrimdışı
 
Indi birisi deyecekki vehhabi yox selefi

<
  • Yorumları: 0
  • Makaleleri: 0
  • ICQ:
22 Eylül 2016 13:36

Vadar

Alıntı
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
 
Açığı, mən heç Əlixan qardaşı qınamıramda. Əlimizdəki Quran tərcümələrin bir çoxu, mən deyərdim 90 faizi bir-birindən olan kopyalamadır! Başqalarıda bu cür məna veriblər "ərş" sözünə! Odur ki, bunu elə tək vəhabi məhzəbindən olana şamil etmək olmaz.

Açığı, mən heç Əlixan qardaşı qınamıramda. Əlimizdəki Quran tərcümələrin bir çoxu, mən deyərdim 90 faizi bir-birindən olan kopyalamadır! Başqalarıda bu cür məna veriblər "ərş" sözünə! Odur ki, bunu elə tək vəhabi məhzəbindən olana şamil etmək olmaz.

<
  • Yorumları: 0
  • Makaleleri: 0
  • ICQ:
19 Ekim 2016 00:18

elchan

Alıntı
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
 
bes "kursu" eozunun menasi nedi?


Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ