» » Qadının qabırğadan yaranması (!)

 
 
P

Qadının qabırğadan yaranması (!)

Yazar: Abdullah Tarih 29-04-2016, 13:59, Gösterim: 2867

1 Bismilləh!

-Bildiyiniz kimi, İslamı mənəvi təhrif edən rəvayət dinləri yahudi və xristianlar kimi peyğəmbər'dən sonra öz əlləri ilə nağıllar yazıb Allah adına təqdim edib dini təhrif etdilər. Maraqlısı, hədis və sünnət sözü yahudilərin mişna və qamara'sından alınıb və elə yahudilərin mişna və qamara'sında nə yazılmışdısa, hədis və sünnə oyunu ilə hamısını kopyaladılar. Yani, yahudilərin mişna qamara'sının ərəbcə qarşılıqı hədis və sünnə deməkdir. Yani, həm adları onlardan alıblar, həmdə ordakı bütün nağıllarıda kopyalıyıblar. (baxın: Tövratdan oğurlanan)

Quran dəfələrlə yahudi və xristianların oyununa düşməyin deyir, ama rəvayət dinləri zərrə əhəmiyyət vermirlər. Çünki, onlar əvvəlki müşriklər kimi Qurana "köhnə əfsanə" kimi baxdıqından, ayələrin onlarla əlaqəsi olmadıqını, peyğəmbərin vaxtında kiminsə haqqında gəldiyini deyirlər. Buda, Qurana "köhnə əfsanə" deməkdir.

Yahudi və xristianların düşdükləri bəlaya düşən rəvayət dinləri, İslam'da ən böyük təhrifatı qadın və savaşla bağlı etdi. Qadınla bağlı elə şeylər yazıllar ki, qadını; ağıldan və dindən kəm, fəsadın başı, şeytanın ordusu saydılar, döyülməsinə razı oldular, cariyə (qul) olaraq götürdülər, cəmiyyətdən təxric etdilər, cəhənnəmi qadınlarla doldurdular, .... (baxın: Qadınlar)... Qadınlarla bağlı bir mündar inanc daha qadının kişinin qabırğasından yaranmasıdır. O zaman qadın kişinin bacısı olmalıdır, yoldaşı yox.... Bunun üçün ilk uydurulmuş nağıla baxaq.

Qadının qabırğadan yaranması (!)

Əbu Hureyrə dedi: Rəsulullah (s) belə buyurdu: "Sizə qadınlar haqqında xeyirli olmanızı vəsiyyət edib diləyirəm. Çünki qadın qabırğa sümüyündən yaradılmışdır. Bu sümükdə ən əyri şey (Yəni hissə) üst tərəfidir. Əgər sən əyri sümüyü doğrultmaya çalışarsan onu qırarsan. Onu öz halında buraxsanız daim əyri qalar (elə istifadə edərsən). Onun üçün sizə qadınlar haqqında xeyirli olmanızı vəsiyyət edirəm "

Səhih Buxari "Ənbiya" bab 2 hədis 6

Səhih Buxari "Nigah" bab 81 hədis 116

bu uydurma mənasız nağıla görə qadın kişinin qabırğasından yaranıb. Bunu izah edə bilmədikləri üçün min cür nağıl icat etdilər ki, qadın sevilsin deyə qabırğadan yaranıb və.s nağıl, ama qadını döyürlər, burda da böyük bir paradoks yaranır. Ama, təbbi ki, bu nağılən uydurulmasında səbəb qadını alçaltmaqdır, necəki, qadına başı açıq namazı haram ediblər. Çünki onlar bunla biz qadından üstünük ona görə biz başı açıq, qadınsa başı bağlı namaz qılısın deyirlər. Ona görə qadına namazda başı bağlamaqı vacib etdilər, hətta Allah namazı ancaq başıbağlı qəbul edirmiş (!)

Bu uydurma nağılı müdafiə etmək üçün həmişəki kimi Quran'da ayələrlə oynamaqa başladılar. Çünki, rəvayət dinləri elmə qarşı olduqundan ayələri daim nağıllara görə mənalandırırlar. Ona görə Quran'da çox ayələri çıxılmaz hala salırlar. Və bu nağıl üçündə eyni mövzüdan bəhs edən ayələri nağıllarla yanlış mənalar verdilər.

Nisa 1. Ey insanlar! Sizi tək bir nəfsdən yaradan, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən çəkinin!

Əraf 189. Sizi tək bir nəfsdən yaradan, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan Odur.

Zümər 6. Allah sizi tək bir nəfsdən yaratdı. Sonra ondan zövcəsini yaratdı.

Bu üç ayədə "xaləqakum min nəfsiv vəhidətiv və xaləqa MİNHƏ" cümləsini "bir insandan" anlayırlar, yani, sizi bir insandan yaratdım, sonrada ONDAN (kişidən) qadını yaratdım şəklində. Burda ONDAN sözünü kişi anladıqları üçün qabırğa deyirlər. Ama minHƏ (O) zəmri qadın cinsindədir, Adəm isə kişidir, yani, burda bir paradoks var. Çünki, həm Quran'dan həm də elmdən xəbərsirlər, ona görə yahudi nağıllarına sarılırlar.

a) Ayədə "bir insandan" demir "bir nəfsdən" deyir, yani, eyni növdən yaratdım. Qadında kişinin növündəndir.

Rum 21. Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün nəfsinizdən (növünüzdən) zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünən toplum üçün ibrətamiz dəlillər vardır.

Nəhl 72. Allah sizin üçün nəfsinizdən (növünüzdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi.

b) bu ayələrdə "nəfs" sözünü qabırğa anlayanlar, Rəsulallah'ında bizim qabırğamızdan olduqunu düşünür ?

Tövbə 128. Sizə özünüzdən (nəfsinizdən) elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.

Rəsulallah'da bizim nəfsimizdən idi, yani, bizim növümüzdən idi, bizim kimi bir insan idi, mələk deyildi.

İsra 94. İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman etməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.

İsra 95. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk (elçi) göndərərdik”.

bu ayələr başa salır ki, bizim nəfsimizdən olması, bizim ilə eyni növdən olmasıdır və bizim nəfsimizdən olması bizim qabırğamızdan olması deyil.

c) İnsanlar hamısı eyni şeydən, yani, torpaqdan yaranıb.

Rum 20. (Allah’ın) sizi torpaqdan yaratması, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi (yer üzünə) yayıldınız.

Buda göstərir ki, "nəfsi vəhidəh" eyni növdən, eyni şeydən, yani, kişi nədən yaranıbsa qadında ondan yaranıb deməkdir.

bura qədər bəlli olur ki, Quran üzərində zərrə düşünməyən rəvayət dinləri ayələri nağıllarla yanlış mənalar verirlər. Bəs bunu necə bacarıblar ? Əvvəldə dediyim kimi, hədis və sünnə adı ilə yahudilərin mişna və qamara'sını kopyalayaraq. Və bu nağılıda elə ordan kopyalıyıblar.

21. O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 23. İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, Çünki o, kişidən götürülüb».

Tövrat "yaradılış" fəsil 2

Nəticə: Qadının kişinin qabırğasından yaranması nağılı İslam ilə uzaqdan-yaxından əlaqəsi yoxdur. Yahudilərdən oğurlanıb peyğəmbərə nisbət verilən bir nağıldır.
Etiketler: İslam, Təhrif, Qadınlar

Kategori: Tövratdan oğurlanan

Sitede kayıtsız olarak olarak gezinmektesiniz.
Sayın ziyaretçimiz size üye olmanızı tavsiye ederiz.
<
  • Yorumları: 0
  • Makaleleri: 0
  • ICQ:
10 Ağustos 2016 17:50

Vadar

Alıntı
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
 
Bu, uydurmaların ən maraqlısıdır! winked


Yorum Ekle

Adınız:*
E-Mail:
Yorumunuz:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin: *
P
TOP.VEHDET.AZ